1news.az

İnfarktın qarşısını alan qidalar - SİYAHI

20 Sentyabr saat 16:55 ~ 2 dəqiqəlik oxu 191
İnfarktın qarşısını alan qidalar - SİYAHI

Ürək xəstəlikləri müasir dövrün ən çox yayılan xəstəliklərindən biri olub. Lakin sağlam qidalanma və pəhrizlə ürəyinizi qoruya bilərsiniz.
 
Milli.az-a istinadən infarktın qarşısını alan qidalarla sizi tanış edirik.
 
Yağlı balıqlar
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, yağlı balıqlar ritm pozuntusu və damar tıxanıqlığının qarşısını almağa kömək olur. Həftədə 2-3 gün bu balıqlardan yeyə bilərsiniz.
 
Nar
 
Antioksidant ehtiva edir, təzyiqi aşağı salır, qan dövranını nizamlayır və hemoqlobin səviyyəsini artırır.
 
Darçın
 
Ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Maddələr mübadiləsini sürətləndirir və çəkini azaltmağa kömək olur.
 
Sarımsaq
 
Damarları açır, təzyiqi aşağı salır, damarların daralmasına mane olur, aterosklerotik düyünlərin meydana gəlməsinin qarşısını alır.
 
Saf zeytun yağı
 
Gündə yalnız bir neçə qaşıq zeytun yağı pis xolesterolu azaldır, qan şəkərini tənzimləyir.
 
Alma və armud
 
Lif baxımından zəngin olan alma və armud ürəyi qoruyur. Qan dövranını nizamlayır.
 
Avokado
 
Pis xolesterolu azaldır və damarları təmizləməyə kömək edir. Tərkibinə sağlam yağlar daxildir.
 
Yulaf əzməsi
 
Lif baxımından zəngin olan yulaf əzməsi pis xolesterolu məhv edir, həzmi sürətləndirir. Generasiya olunmamış yulaf ən sağlam seçimdir.
 
Bitter şokolad (Minimum 60-70% kakaolu)
 
Təzyiqi normallaşdırır, iltihab və qan laxtalanması ilə mübarizə aparır.
 
Brokoli və ispanaq
 
Tərkibindəki vitamin, mineral və antioksidantlarla ürəyi aktiv hala gətirir və təzyiqi tənzimləyir. Eyni zamanda lif baxımından da zəngindir.
 
Meşə meyvələri
 
Moruq, çiyələk və digər meşə meyvələri təzyiqi aşağı salır və damarları açmaq baxımından olduqca təsirlidir.
 
Yaşıl çay
 
Gündə yalnız 1 stəkan yaşıl çay xolesterol düyünlərinin yaranmasının qarşısını alır. Maddələr mübadiləsini sürətləndirir və artıq çəki ilə mübarizə aparır.
 
Qarpız
 
Damar sağlamlığında əhəmiyyətli rol oynayır. Xolesterol səviyyəsini stabil hala gətirir və antioksidant ehtiva edir.
 
Çərəzlər
 
Tərkibindəki zülal lifləri sayəsində ürəyi qoruyur. Çərəzlərin tərkibindəki E vitamini pis xolesterolu azaltmağa kömək edir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net