İnsan alveri qurbanı Mədinə: Bir ayda məni 386 nəfər zorladı ... – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsan alveri qurbanı Mədinə: Bir ayda məni 386 nəfər zorladı ... – VİDEO

17:54 - 17 / 09 / 2020
İnsan alveri qurbanı Mədinə: Bir ayda məni 386 nəfər zorladı ... – VİDEO

“İnsanların məni tanıması məni maraqlandırmır, üzümü açıq göstərərək həyat hekayəmi danışmaq istəyirəm ...”

Beləliklə, 1989-cu il təvəllüdlü Mədina İbrahimova, “DALAN 18 PLUS” proqramının ilk buraxılışının əsas qəhrəmanı oldu.

Bu layihə faciəli taleləri olan – insan alveri, cinsi ayrıseçkilik, pedofiliya, məişət, cinsi, psixoloji və digər zorakılıq qurbanlarına öz hekayələrini danışmağa imkan verir. Onlar hekayələrini anonim şəkildə paylaşa və ya istəsələr üzlərini açıq göstərə bilərlər. Mədinə yaşadıqlarına baxmayaraq, kiməsə görə utanmayacağına və şəxsiyyətini gizlətməyəcəyinə qərar verdi.

Videoya baxarkən insana elə gəlir ki, bu, artıq sondur, artıq bundan çox bədbəxtçilik olmamalıdır, çünki insan bu qədər çox bədbəxtçilyin öhdəsindən gələ bilməz. Ancaq bədbəxtçiliklər hər tərəfdən sanki yağış kimi yağaraq, həyat doğuşdan qızcığaza zərbələr vururdu.

“Mən kənddə böyümüşəm. Yenicə doğulanda bir qadın məni zibil qutusunda vedrədə tapıb və bu uşağa baxacaq bir nəfər olmadığını söyləyərək Uşaq Evinə aparıb. Vedrənin içərisində məni tərk edən anamın mənə verdiyi adla məktubu olub.

İnternatdakı həyatım belə başladı. Hər həftə sonu analar uşaqlarını ziyarətə gəlirdi, mən də pəncərənin yanında dayanıb ağlayırdım. Soruşanda: anam niyə yanıma gəlmir? Mənə cavab verdilər: səni zibil qutusunda tapıblar, səncə anan var?” - Mədinə xatırlayır.

Qız etiraf edir ki, internatdakı həyatı boyunca ən pis yuxuda belə görməyəcəyiniz yanıqlara, işgəncələrə, aclığa və daha çox şeyə dözmək məcburiyyətində qalıb.

“4-cü sinifdə çox gözəl xalçalar toxuyurdum. Bir dəfə suçiçəyi ilə xəstələndim və özümü çox pis hiss etdim. Müəllim yanıma gəldi, ayağa qalxıb xalça toxumğa davam etməyimi əmr etdi. Dedim ki, bu gün bacarmıram, çünki xəstəyəm. Oxluqu götürüb məni döyməyə başladı. Sonra məni zorla xalçanın yanına sürüklədi. Və hirsimdən qayçını sındırdım.

Uşaq Evinin heç vaxt sevmədiyim direktoru Mehbarə xanımı çağırdı ... Bu qadın məni qaldırıb yanan sobanın üstünə oturtdu. Və özümü o qədər süst hiss etdim ki, müqavimət göstərə bilmədim. Sobadan tüstü çıxdı. Və bütün bədənim – boynuma qədər yandı ...” - deyir M.İbrahimova.

Qız müəllimlərdən birinin onu söndürdüyünü xatırlayır. Sonra onu zirzəmiyə atdılar. Kartofun saxlandığı qaranlıq, pəncərəsiz bir otağa. Və taley ona rəhm edənə qədər müəyyən müddət orada qaldı.

Bu hadisədən sonra, əlbətdə ki, direktor tutularaq müvafiq orqanlara təhvil verildi. Və Mədinə bütün 4 ilini Maştağadakı xəstəxanada keçirdi, baxmayaraq ki, ömrünün bu dövrünü heç xatırlamır, çünki yaddaşı itmişdi. Bunu yalnız internat məktəbinə qayıtdıqda öyrənir. Burada onun hazırda dördüncü sinif şagirdi deyil, səkkizinci sinif şagirdi olduğunu söyləyəndə bilir.  

“İnternata qayıtdıqdan sonra 8 il əlil arabasında oldum. Tezliklə məni Qaradağdakı 8 saylı liseyə göndərdilər. Soruşdum ki, məni niyə bu qədər erkən göndərdilər, axı hələ doqquzuncu sinifi bitirməmişəm? Ancaq məndən qurtulma qərarı artıq verilmişdi” - dedi.

"Mən qız doğdum və qayınanam məni uşaqla evdən qovdu ..."

Təhsil aldığı illərdə bir gənci sevir. O da əlil arabasında idi. Müəllimlərindən biri Aydın Quliyev Mədinəni aldadaraq həmin gəncin qohumu olduğunu və onunla evləndirəcəyini söylədi. Qız əzablı həyatının bitdiyini düşünərək sevinir. Xalça toxuyacağını, satacağını, çörəkpulu qazanacağını, ailəsi olacağını, əri üçün yemək bişirəcəyini, adi bir insan kimi yaşayacağını düşünür. Ancaq bədbəxtliklər ondan əl çəkmir...

“Gül-çiçəklə, qızıl bəzək əşyaları ilə yanıma gəldilər və məni evə apardılar. Və sonra bu bəzəkləri məndən döyərək aldılar. Dəhşətə gəldim, nə baş verdiyini anlamadım. Məni Aydın müəllimdən pula aldıqlarını və indi onların mülkü olduğumu dedilər. Yeri gəlmişkən, hələ də o, həbs olunmayıb, azadlıqdadır...

Uşaq Evində keçməli olduğum hər şeydən sonra kifayət qədər sərt oldum. Buna görə də bütün gücümü topladım və cavab olaraq qayınanamı döydüm. Ancaq bu ailədən gələn işgəncə bitmədi. Bıçağı qazda qızdıraraq əllərimə qoyurdular ... Səbail rayon polis şöbəsinə getdim, izahat yazdım, ancaq baxan olmadı...”- M.İbrahimova deyir.

Qızın dediyinə görə, əlilliyi səbəbindən əri ilə cinsi əlaqədə olmayıb. Ancaq xalası oğlu ilə əlaqəsi olub.

 “Bu ailə mənim oğlan uşağı dünyaya gətirməyimi istəyirdi və Allah mənə qız övladı göndərdi. Sonra qayınanam məni uşaqla birlikdə evdən qovdu. Çox çətinlikdə qaldım, orda-burda ofisiant işləyirdim. Heç bir işdən çəkinmirdim, amma iş tapmaq da asan deyildi.

Sonra məni Türkiyənin İğdır şəhərinə işə göndərəcəyini və özü də burada qalıb qızıma baxacağını söyləyən Arifə adlı bir qadınla tanış oldum. Bir neçə gündə mənə gözəl paltarlar, uşaq bezləri və qızım üçün lazım olan hər şeyi aldı. Sevincimdən işin nə olacağını da soruşmadım ...” - Mədinə deyir.

“Türkiyədə məni soyundurdular, yatağa atdılar, əllərimi və ayaqlarımı bağladılar və müqavimət göstərməməyim üçün çəngəllə batırmağa başladılar. Otağın küncündə qırmızı rəngli kamera gördüm. Soruşdum: bu nədir? Dedilər: sadəcə lampadır. Səsim çıxmasın deyə ağzıma bez soxdular. Hərəkət edə bilmədim və səssizcə Allaha dua etdim ki, əziyyətimə son qoysun ...” - deyir M.İbrahimova.

Bundan sonra 12 nəfər otağa girərək onu zorladı. Qız ona təcavüz edən hər kişini hesablayır və bir ayda onların sayının 386-ya çatdığını etiraf edir.

M.İbrahimovanın dediyinə görə, onunla birlikdə altı qız Türkiyəyə getdi: “Onlardan biri, hamilə olan Rəna, məni müdafiə etmək qərarına gəldi: “Bəlkə Mədinəni əsarətdən buraxasınız? Azərbaycana qayıtmalıyıq”. Onu təpiklədilər və o, öldü ...

Türkiyədəki kişilərdən mənə rəhm edən yalnız bir oğlan var idi. O, dedi: "Bunu sənə edən insanlar hər şeyə cavab verməlidirlər." Bu sözləri başqa bir oğlan eşitdi, taxta ilə başıma vurdu. Huşumu itirdim ... "

Bu hadisədən sonra qız yarı sağ vəziyyətdə Bakıya qaytarıldı. Həkimlər hələ bu dərəcədə ciddi xəsarətləri olan xəstələri qəbul etmədiklərini söylədilər. Ancaq onu komadan çıxartmağı bacardılar.

"Sadəcə bütün günahkarların cəzalandırılmasını istəyirəm ..."

M.İbrahimovanın sözlərinə görə, bu günə qədər Türkiyədə onu ələ salanlardan yalnız 12-si cəzalandırılıb. Qalanları azadlıqdadır və bu düşüncə ona rahatlıq vermir.

“Mənə fahişə dedilər, bunun üçün buraya gətirdiklərini söylədilər ... Hər gün, hər dəqiqə, hər saniyə mənim üçün cəhənnəm idi. Mənim yerimdə çoxları intihar etmiş olardı. Amma mən etmədim. Uşaqlarıma görə” - qız deyir.

Bu gün Mədinənin üç övladı var – sonuncu uşaq türk təcavüzkarlarındandır. O, həyatını nisbətən yoluna qoyub: “Bəzən özümə sual verirəm: niyə tale mənə bu qədər sərt oldu? Bəlkə də valideynlərim çox günah işlədiblər və mən bunun əvəzini ödəyirəm? Özüm də çalışıram ki, pis işlər görməyim ki, gələcəkdə övladlarım əziyyət çəkməsin.

Qəlbimdə böyük kədər var, amma ətrafdakıların üzündə gülümsəyəcəyəm. Çünki bu həyatda güclü insan olmalısan.

Yeri gəlmişkən, bu müddət ərzində yaxın adamlarım olmayıb. Mehriban Zeynalova istisna olmaqla. 4 ildir onun sığınacağındayam. Həmişə məni sakitləşdirib və demək olar ki, öz anamı əvəz edib...”

1news.az Mədinə İbrahimovanın uzun müddətdir sığınacağında yaşadığını təsdiqləyən “Təmiz Dünya” Qadın və Uşaqlara Yardım İctimai Birliyinin sədri Mehriban xanımla əlaqə saxladı.

“Bəli, o, bizimlə qalır, amma işlədiyi üçün gecəyarısı qayıdır. Biz onun normal reabilitasiya etməsi üçün dəstəkləyirik. Əvvəllər övladları “Ümid yeri” sığınacağında idi, indi yanımızdadır. İki uşağına baxırıq. Təcavüzkarlardan doğulan üçüncü övladı uşaq evindədir, amma indi onu geri almaq mərhələsindəyik.

Hal-hazırda Mədinədə hər şey qaydasındadır. Müvafiq orqanlara müraciət etdik və o, dövlətdən müavinət alır. Ona zərər verənlərdən çoxu cəzalandırıldı və həbsxanaya getdi. Arifə xanım da daxil olmaqla” – M.Zeynalova söylədi.

1news.az Mədinənin taleyi ilə bağlı sorğularla da müxtəlif dövlət qurumlarına müraciət etdi. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, Mədinə və digər qurbanların müraciətinə əsasən, polis əməkdaşları həm Azərbaycanda, həm də Türkiyədə cinayətkar insan alverçisi şəbəkəsinin üzvlərinin əksəriyyətini saxladılar. Bir çoxu uzun müddətə azadlıqdan məhrum edildi və ümumiyyətlə, bu cür insan alveri hallarının sayı xeyli azaldı, bu halların qurbanlarına dövlət tərəfindən yardımı göstərilir. Həbs olunanların hamısının adları hələ açıqlanmasa da (cinayətkarların kiçik bir hissəsi hələ də axtarışdadır), polis onların layiq olduqları cəzadan qurtulmayacaqlarına şübhə etmir.

Öz növbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova 1news.az-a bildirib ki, komitə Mədinə İbrahimovanın vəziyyətindən xəbərdardır və bu məsələni nəzarətinə götürüb.

“Bizim tərəfimizdən ona və üç uşağına hərtərəfli kömək göstərilməsi üçün bütün tədbirlər görülür”.

Ümid edək ki, Mədinənin taleyi xaricdə işləmək üçün “qızıldan dağları” vəd edən insan alverçiləri şəbəkəsinə düşmək riski olanlara xəbərdarlıq olacaq. Eyni zamanda, yaxşı ki, bu gənc qadının keçdiyi bütün kədərli və dəhşətli sınaqlar geridə qaldı və o, uşaqlarını xoşbəxt böyüdəcək.

Qeyd edək ki, 1news.az Mədinə İbrahimova və övladlarının sonrakı taleyini diqqətdə saxlayacaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
4043

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər