1news.az

İnternet sürətlənəcək və ucuzlaşacaq - Orbitə 60 peyk buraxıldı

24 May saat 16:59 ~ 1 dəqiqəlik oxu 243
İnternet sürətlənəcək və ucuzlaşacaq - Orbitə 60 peyk buraxıldı

"SpaceX" şirkəti orbital brodbend (geniş zoalıqlı məlumat ötürmə texnologiyası-red)  sisteminin tətbiqinə başlayıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, ötən gecə Floridadan havaya qalxan "Falcon-9" raketi orbitə 60 internet peykindən ibarət bağlamanı çatdırıb.

Sözü gedən süni peyklər dünya əhalisinin son dərəcə yüksək sürətli və ucuz internetlə təchizatına imkan verəcək.

Elon Maskın şirkəti "Starlink" şəbəkəsi üçün 2020-ci ilə kimi orbitə ümumilikdə 12 minə yaxın peyk buraxmaq niyyətindədir.

Layihə 2015-ci ildə işə salınıb. "Tintin"adlı sınaq prototipləri hələ fevralın 22-də uğurlu şəkildə orbitə göndərilmişdi.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net