İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.
1news.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir.
Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.
"İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".
1news.az
332