“İrşad Electronics” Gəncədə ailəsini itirmiş körpə qızı himayəyə götürmək üçün müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrşad Electronics” Gəncədə ailəsini itirmiş körpə qızı himayəyə götürmək üçün müraciət edib

10:40 - 19 / 10 / 2020
“İrşad Electronics” Gəncədə ailəsini itirmiş körpə qızı himayəyə götürmək üçün müraciət edib

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Ermənistan tərəfindən vurulan Gəncə şəhərində baş verən hadisə nəticəsində ailəsini itirən və yaralı vəziyyətdə xəstəxanada olan balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.

Müraciətdə şirkətin balaca Xədicənin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq təminat xərclərini öz üzərinə götürmək və universitetə qəbul olduğu təqdirdə 4 illik ödəniş haqqını ödəmək istədiyi bildirilir. Şirkət tərəfindən ünvanlanan rəsmi məktubda qeyd olunub:

“Balaca vətəndaşımız Xədicənin doğmalarının yerini heç kim əvəz edə bilməz, lakin bütün Azərbaycan olaraq artıq onun ailəsiyik. Yaşadığı acılar acımızdır. Bu günlərdə Azərbaycan Ordusunun Tarixi zəfər yolunda baş verən hadisələr insanların birliyini daha da gücləndirdi. Hər kəs Vətən qarşısında öz vəzifə borcunu ödəmək üçün əlindən gələni edir. İstər ön cəbhədə hərbçilərimizin göstərdiyi şücaət, istər arxa cəbhədə millətimizin ordumuz üçün, erməni terrorçuları tərəfindən zərər görümüş vətəndaşlarımıza etdikləri bu ölkənin vətəndaşı olaraq bizi də qürurlandırır. Bu minvalla biz də dəstək üçün əlimizdən gələni etməyə hazırıq”.

Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyi xəbərini verib. Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin  və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.

“İrşad Electronics” şirkəti olaraq ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır. 

1news.az

 

Paylaş:
517

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər