İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb

11:10 - 21 / 03 / 2020
İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürəcəyini bildirib.

Şirkət birdəfəlik vəsaitlə kifayətlənməyərək, hər satışdan müəyyən məbləğin də həmin fonda ayrılacağını bəyan edib.

“Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xalqımızın sağlamlığı üçün biz də bacardığımız kimi dəstək verməyə hazırıq. Satışlarımızdan ayrılan vəsaitlə təkcə biz yox, İrşad Electronics-in bütün alıcıları bu mübarizəyə qoşulmuş olacaqlar”, - İrşad Electronics-in marketinq direktoru Əli Bədəlov belə deyib.

Əlavə edib ki, ümumiyyətlə, şirkət koronavirusla mübarizə məqsədi ilə bir sıra tədbirlər həyata keçirməyi də planlaşdırıb. 

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. 

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb.

 

Paylaş:
803

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər