İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub

19:11 - 23 / 11 / 2020
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
623

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər