İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır – FOTO

19:53 - 30 / 10 / 2020
İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır – FOTO

İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavaları üzərində oktyabrın 30-da Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Trend-in məlumatına görə, bu münasibətlə təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında əzəli Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin qovulması üzrə uğurlu döyüş əməliyyatlarımızın Böyük Qələbə gününü anbaan yaxınlaşdırdığı vurğulanıb.

Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisasi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi, Azərbaycan və İran sərhədçilərinin bilavasitə dövlət sərhədində qarşılıqlı əlaqələrinin və birgə fəaliyyətlərinin sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Dövlət sərhədində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi-vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri, işğaldan azad edilən sərhəd zastavalarında ən qısa müddətdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılacağı, hərbi qulluqçular və onların ailə üzvləri üçün zəruri xidmət və yaşayış şəraitinin yaradılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsi hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən bu ərazilərdə xidməti-döyüş fəaliyyətinin təşkil edilməsi, zəruri sərhəd mühafizəsi sisteminin bərpa edilməsi istiqamətində hazırda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş bu ərazilərdə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunur.

S.Xankişiyeva

 

Paylaş:
494

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər