İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb

12:56 - 05 / 12 / 2020
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb

İspaniya mediasında Azərbaycanda COVID-19 pandemiyası ilə aparılan mübarizədən və 44 günlük Vətən müharibəsindən bəhs olunub.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, bu ölkənin www.tuvozenpinares.com xəbər saytına müsahibəsində İspaniya Azərbaycanlıları Assosiasiyası Birliyinin rəhbəri Vahid İmanov bildirib ki, Azərbaycan dövləti qlobal koronavirus pandemiyası ilə bağlı sərt tədbirlər görməklə əhalinin kütləvi şəkildə bu xəstəliyə yoluxmasının qarşısını almağa və onların sağlamlığını qorumağa çalışır.

Qeyd edib ki, bu çətin dönəmdə Azərbaycan dövləti təkcə qlobal pandemiya ilə deyil, həm də işğalçı Ermənistanın ölkəmizə hücumunun qarşısını almaq məqsədilə 44 günlük Vətən müharibəsi aparmağa da məcbur olub. Nəticədə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub. İndi isə Azərbaycan, həm də ermənilər tərəfindən tamamilə məhv edilmiş şəhərlərdə normal həyatın bərpa olunması və məcburi köçkünlərin öz döğma evlərinə geri qaytarılması üçün infrastrukturun yaradılması işləri ilə məşğuldur.

Birlik rəhbəri qeyd edib ki, Azərbaycanın xarici siyasəti həmişə kifayət qədər şəffaf olması ilə seçilib: "Dünyanın mühüm ölkələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda haqlı mübarizəsini dəstəkləyib və qələbə münasibətilə təbrik edblər. Bu gün Azərbaycan hədəflərinə qanuni şəkildə çatan və bu səbəbdən digər ölkələrin hörmətini qazanan ölkədir".

Soydaşımız İspaniya  hökumətinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini də vurğulayıb. 

Müsahibənin tam mətni bu linkdə:

https://www.tuvozenpinares.com/articulo/entrevistas/paises-importantes-mundo-siempre-han-apoyado-ha-felicitado-lucha-azerbaiyan-intento-recuperacion-territorios/20201129233903029153.html

Qafar Ağayev

Paylaş:
471

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər