İsveçrə universitetinin tələbələri Bakıya gələcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrə universitetinin tələbələri Bakıya gələcək – FOTO

09:17 - 21 / 05 / 2019
İsveçrə universitetinin tələbələri Bakıya gələcək – FOTO

Turizm sahəsində İsveçrənin ən mötəbər təhsil müəssisələrindən biri olan Xur Universitetinin tələbələri mayın sonunda ölkəmizə səfər edəcək.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizə səfər edəcək 10 tələbə ilə səfirlikdə görüş keçirib. Son vaxtlar turizm sahəsində iki ölkə arasında münasibətlərin intensivləşdiyini, Azərbaycan Turizm Bürosu və İsveçrə Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandığını bildirən səfir keçən ilin oktyabr ayında Bakı-Cenevrə-Bakı birbaşa aviareyslərinin fəaliyyətə başlamasının bu münasibətlərin inkişafına təkan verdiyini bildirmişdir.

Səfir tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti və son iqtisadi nailiyyətləri barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb. Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr, ölkəmizə səfərin təşkilində göstərilən köməkliyə görə təşəkkür edərək, Azərbaycanın təbliği və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları barədə məlumat verilib və tələbələr bu ali məktəbin təhsil proqramlarında iştirak etməyə dəvət ediliblər. Görüşün sonunda səfir Xanım İbrahimova hazırda Azərbaycana səfəri nəzərdə tutulan tələbələrlə xatirə şəkili çəkdirib.

S.Xankişiyeva

 

 

Paylaş:
517

Son xəbərlər

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10
Bütün xəbərlər