İsveçrənin www.zeitung.ch portalında “Azərbaycanda qadınlar: keçmiş və müasir dövr” adlı məqalə dərc olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrənin www.zeitung.ch portalında “Azərbaycanda qadınlar: keçmiş və müasir dövr” adlı məqalə dərc olunub

12:15 - 16 / 10 / 2018
İsveçrənin www.zeitung.ch portalında “Azərbaycanda qadınlar: keçmiş və müasir dövr” adlı məqalə dərc olunub

İsveçrənin www.zeitung.ch portalında “Azərbaycanda qadınlar: keçmiş və müasir dövr” başlıqlı məqalə dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, Merlinda Dauti adlı məqalə müəllifi ötən həftə Friburq Universitetində “Azərbaycanda qadınlar: keçmiş və müasir dövr” adlı maraqlı tədbirdə iştirak etdiyini qeyd edir.

Müəllif qeyd edir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti qadın məsələləri ilə bağlı öz siyasətini müəyyənləşdirməyə çalışıb. Bu istiqamətdə atılan ilk addımlar sırasında 1995-ci ildə Pekində keçirilən IV Dünya Qadınları Konfransı ərəfəsində Azərbaycanın BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı imzalaması dayanır.

Daha sonra digər beynəlxalq sənədlərə də qoşulan və ölkə qanunvericiliyini təkmilləşdirən Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra AŞ-nın Qadın və kişilərin hüquqlarının bərabərliyi komitəsinin işində fəal iştirak edib. Öz xarici siyəsti çərçivəsində gender bərabərliyini tanıyan Azəraycan qadın problemlərinə həsr olunmuş regional və beynəlxalq tədbirlərdə iştirak edir.

Müəllif həmçinin qeyd edib ki, bu tədbirlərdə iştirak etməklə Azərbaycanın nümayəndə heyətlərinin məqsədi təkcə gender bərabərliyi sayəsində ölkənin tutduğu mövqeyi bəyan etməkdən ibarət deyil, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini əksəriyyətin qadın və uşaqlardan ibarət olduğu bir milyondan artıq azərbaycanlının Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə yönəltməkdir. 

Hələ də bir milyondan artıq insan Dağlıq Qarabağ münaqişəsinin mövcud beynəlxalq hüququn prinsipləri əsasında həll edilməsini gözləyir. Bunun üçün isə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və qaçqınların öz doğma torpaqlarına geri dönmələrinə şərait yaradılmalıdır. Yalnız erməni ordusu Azərbaycan torpaqlarından geri çəkildikdən sonra əsrlər boyu olduğu kimi Azərbaycan əhalisinin ermənilərlə yenidən dinc birgə yaşayışı mümkün ola biləcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
480

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər