İTAZERCOM-un rəhbəri İlham Əliyevə və Mehriban Əliyevaya məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İTAZERCOM-un rəhbəri İlham Əliyevə və Mehriban Əliyevaya məktub ünvanlayıb

15:58 - 19 / 10 / 2020
İTAZERCOM-un rəhbəri İlham Əliyevə və Mehriban Əliyevaya məktub ünvanlayıb

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlanıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və son günlərdə dinc sakinlər arasında itkiyə səbəb olan hücumlarını dərin kədər və narahatlıq hissi ilə yaxından izləyirəm.

Sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma ölkənizdə mülki insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir, eləcə də həm İtaliya-Azərbaycan Ticarət Palatası, həm də şəxsən mən bu cür hücumları qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu birmənalı şəkildə dəstəkləyirik.

Biz İtaliyada rəsmi ikitərəfli biznes təşkilatı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) milli nümayəndəliyi olaraq, münaqişə ilə bağlı doğru məlumatları yayır, cəmiyyətimizdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı təbliğat işi aparırıq.

Biz münaqişənin bu çərçivədə və beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmasını səbirsizliklə gözləyirik. Həmçinin sülhün və sabitliyin, eləcə də Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Dağlıq Qarabağın və bütün bölgənin daha parlaq gələcəyi olacağına ümid bəsləyirik.

Hörmətli cənab Prezident, hörmətli Birinci vitse-prezident Mehriban xanım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1news.az

Paylaş:
342

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər