İyunda gözlənilən hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyunda gözlənilən hava proqnozu açıqlanıb

12:27 - 01 / 06 / 2020
İyunda gözlənilən hava proqnozu açıqlanıb

İyun ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 26-31, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 9-12 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 mm) olacaq .

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 86-130 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 30-35, bəzi günlərdə 37 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 46-63 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan az olacağı (norma 18-179 mm) gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına (norma 12-49 mm) yaxın olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 29-47 mm) gözlənilir.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər