1news.az

Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib

15 İyul saat 16:00 ~ 1 dəqiqəlik oxu 116
Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.

Bankın 1 iyul 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 327,6 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Banklar və maliyyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net