1news.az

Kənd təsərrüfatı məhsullarının ucuzlaşacağı vaxt açıqlanıb

16 İyul saat 17:12 ~ 1 dəqiqəlik oxu 107
Kənd təsərrüfatı məhsullarının ucuzlaşacağı vaxt açıqlanıb

İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir.

Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: “Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.

Vüqar Hüseynovun sözlərinə görə, bu cür hallara əvvəlki illərdə də rast gəlinib:

“Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamışdı və hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış, qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net