KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur – FOTO

14:06 - 03 / 12 / 2019
KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur – FOTO

Dekabrın 3-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edir.

1news.az-ın verdiyi xəbərə görə, “Deloitte” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan virtual müəssisə istehsal xəttini əhatə edir. “KOB Virtual Müəssisə” yeni məhsulun hazırlanmasını və istehsalın qurulması prosesini simulyasiya edir.

Məqsəd real müəssisə mühitini canlandırmaqla istifadəçilərə iş rejimi ilə tanış olmaq, müvafiq idarəetmə və əmək vərdişlərinə yiyələnmək və inkişaf etdirmək imkanının yaradılmasıdır. “KOB Virtual Müəssisə” istehsal prosesi zamanı aktivlərin idarə edilməsi, işçi heyətinin təlimləri, keyfiyyətə nəzarət və proseslərin vahid mərkəzdən idarə edilməsini sınaqdan keçirməyə imkan verməklə, bu istiqamətlərdə xərclərə qənaət edir. Burada istehsal prosesinə onlayn rejimdə nəzarət olunur və məlumatlar dərhal əldə edilir ki, bu da menecerlər üçün idarəetmə prosesini daha çevik edir.  

Sərgidə həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi «AzerTelecom»  şirkəti və «Paşa Holding»in dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. İKT sahəsində fəaliyyət göstərən startap və sahibkarlara dəstək məqsədilə yaradılmış xüsusi stenddə tibbi müayinə üçün proqram təminatı və avadanlıqlar, ingilis dili öyrənmə proqramı, kiber təhlükəsizlik xidmətləri, səsli oyuncaq detalları, reklam, otel xidmətləri və internet saytlarının yaradılması ilə bağlı portallar, məişət tullantılarının idarə edilməsi qurğusu, kənd təsərrüfatı sahəsində onlayn aqronom və digər xidmətlər təqdim edilir.

Sərgi çərçivəsində KOBİA və «AzerTelecom» arasaında kiçik və orta biznesə dəstək məqsədilə Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və «AzerTelecom» şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək məqsədilə birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakutel” Sərgisi dekabrın 6-dək davam edəcəkdir.

S.Xankişiyeva

 

 

Paylaş:
769

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər