Koronavirus xəstəsinin psixoloji problemləri və onun həlli yolları – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsinin psixoloji problemləri və onun həlli yolları – VİDEO

11:54 - 03 / 12 / 2020
Koronavirus xəstəsinin psixoloji problemləri və onun həlli yolları – VİDEO

Azərbaycanda ilk dəfə koronavirusdan sağalmış xəstə ilə psixoloji konsultasiyanı əks etdirən sosial çarx hazırlanıb.

1news.az-ın məlumatına görə, çarxda keçmiş COVİD-19 xəstəsi xəstəlik zamanı və karantində olduğu dövrdə yaşadığı məhrumiyyətlərindən, hiss və təşvişindən bəhs etməklə yanaşı hal-hazırda onu narahat edən problemləri də vurğulayır.

Psixoloqla seans ərzində bu təhlükələri aradan qaldırmağın yolları tapılır. Keçmiş COVİD-19 xəstəsi həm də koronavirus pandemiyasının psixoloji fəsadlarından qorunmaq üçün vətəndaşlara tövsiyələr verir.

Koronavirusun son zamanlar kütləvi yayılmasının artdığını nəzərə alsaq sözügedən çarx həm virusa yoluxmuş, həm də bu təhlükəli xəstəlikdən özünü qoruyan bütün vətəndaşlar üçün maraqlı olacaq.

Qeyd edək ki, sosial çarx "Vətəndaşların postpandemiya dövrünə adaptasiya olunması üçün psixoloji yardımların təşkili" layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində çarxın hazırlanması ilə yanaşı 150-dən çox vətəndaşla onlayn formada fərdi psixoloji konsultasiyalar keçirilib.

“Addım” GİM İctimai Birliyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, texniki dəstəyə görə TƏBİB-ə, məkan dəstəyinə görə isə NƏFƏS Psixonevroloji Mərkəzinə təşəkkür edir.

1news.az

Paylaş:
917

Son xəbərlər

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44
Bütün xəbərlər