Körpəlikdən serebral iflicdən əziyyət çəkən Nəzrinin sağalmaq şansı var, lakin tənha ananın maddi imkanı çatmır – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Körpəlikdən serebral iflicdən əziyyət çəkən Nəzrinin sağalmaq şansı var, lakin tənha ananın maddi imkanı çatmır – FOTO  

16:08 - 13 / 11 / 2019
Körpəlikdən serebral iflicdən əziyyət çəkən Nəzrinin sağalmaq şansı var, lakin tənha ananın maddi imkanı çatmır – FOTO  

Aynur xanım adlı oxucu çarəsizlikdən son ümidini toplayaraq redaksiyamıza müraciət etdi.

11 yaşlı Nəzrin anası ilə birlikdə hələ körpə yaşlarından həyatın ağır sınağı ilə mübarizə aparır. Belə ki, Yüzbəyova Nəzrin Həmid qızı 2008-ci ilin iyunun 1-də doğulub. 7 ayı tamam olduqda qıcolmadan sonra yerimə qabiliyyətini itirib.

“Bir müddət tamamilə hərəkətsiz idi, müalicələrdən sonra bir qədər bərpa olundu. Ona uşaq serebral iflicinin tetraparez formasında diaqnozu qoyulub. Həmçinin qıcolması var. Dərmanla bacardığım qədər qarşısını alıram. Gözlərində zəiflik var, bir gözü mənfi 4,5, biri isə qarışıqdır. Eynək taxır. Hazırda yerimir, əlil arabasındadır”, – Nəzrinin anası müraciətində qeyd edib.

Türkiyədən gələn həkimin verdiyi vədlər balaca Nəzrinin sağalması üçün Aynur xanıma böyük ümidlər verib: 

“Bir müddət öncə, qış aylarında Türkiyədən Medikal Plazaya gələn həkim travmotoloq-cərrah Cengiz Çabukoğlunun qəbuluna getdik. O mənə dedi ki, bu uşaq ilk öncə əməliyyat olunmalıdır. Yəni ayaqlarından müəyyən cərrahi əməliyyatlar olunmalıdır. Və bunun üçün 9000 manat lazımdır. Əməliyyatdan sonra Nəzrin 3 ay ayaqları gipsdə qalmalıdır. Gipsi çıxardıqdan sonra onun üzərində peşəkar şəkildə çalışılmalıdır. Yəni fiziki terapiya almalıdır. Əgər 3-4 ay bu prosedurlar yerinə yetirilərsə o uşaq ayağa qalxacaq. Və həkim bildirdi ki, bu prosedurlar onun klinikasında, yəni Türkiyədəki Romatem-də, onun nəzarəti altında aparılarsa nəticə əldə etmək olacaq. Bu, mənə böyük ümidlər bəxş etdi. Amma mənim çox təəssüflər olsun ki, bunların yerinə yetirilməsi üçün maddi imkanım yoxdu. 9000  manatı deyil, heç 1000 manatnı da düzəldə bilmirəm. Daha sonra həkim yenidən Bakıya gəldiyi üçün dəfələrlə həmin klinikadan zənglər oldu, lakin mən gedə bilmədim”.

Bütün ümidlərini yalnız gözünün ağı-qarası olan bircə balasına bağlayan Aynur xanım Nəzrinin həyatdolu, nikbin bir qız olduğunu da bildirib:

“Nəzrin çox optimist qızdı. Bəzən küçədə gəzəndə kimsə bizə birtəhər baxdıqda mənim acığıma gəlir, aqressiv yanaşıram. Qızımın ayağı kiməsə dəyəndə deyirlər ayağı dəydi, ağız büzürlər. Mən isə deyirəm ki, uşağım arabadadır, bilərəkdən etmir axı. Qızım isə mənə deyir ki, ana, sən onlara fikir vermə, mən xəstə deyiləm. Hər yerə aparıram ki, cəmiyyətdən geri qalmasın, təcrid olunmasın. Qızım mehribandır, şirin dillidir”.

Gənc yaşlarında taleyin ağır sınaqları ilə qarşılaşmasına baxmayaq, Aynur xanımın ən böyük arzusu qızının sağalamasıdır:

“Artıq özümü, öz arzularımı unutmuşam, hər şeyi yalnız balam üçün istəyirəm. Necə aydır ki, Nəzrinə nevroloji müalicə edə bilmirəm, çünki həkimlərin yazdığı dərmanlar çox bahadır, onları almağa maddi imkanım çatmır. Gərək ya hamınısı alım, çünki bir dərmanı alıb, digərini almayanda olmur.

 

Gəlirimiz uşağa görə verilən pensiyadan, həyat yoldaşımın arada göndərdiyi alimentdən, bir də atamın göstərdiyi maddi köməklikdən ibarətdir. Lakin müalicəni tam davam etməyə imkan catmır. Çünki özüm işsizəm, uşağa görə işləyə bilmirəm.Və üstəlik kirayədə yaşayıram. Atamgil rayondadır. Bəzən harasa gedəndə məcbur qalıb taksi ilə aparıram. Bu da maddi imkanlarımızı daha da çətinləşdirir”.

Qeyd edək ki, Aynur xanım 13 il ailəli olub. 3 ildir ki, həyat yoldaşından ayrılıb. Hazırda qızı ilə ikisi kirayədə yaşayır.

Aşağıda Yüzbəyova Nəzrin Həmid qızının xəstəliyi ilə bağlı tibbi sənədləri və bank hesabının qeyd edəcəyik:

(+994 51) 300 09 93 (Aynur xanım, anası)

Bank Respublika daxil olaraq

Hesab nömrəsi: 381184002355248902

Şəxsiyyət vəsiqəsinin nömrəsi: AZE 14724190

Xeyirsevər xalqımızın belə bir deyimi var: “Əl tutmaq Əlidən (imam) qalıb”.

S.Xankişiyeva

 

Paylaş:
2476

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər