Leyla Əliyeva “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışında – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışında – FOTO

15:19 - 11 / 09 / 2019
Leyla Əliyeva “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışında – FOTO

Sentyabrın 9-da Dənizkənarı Milli parkda “Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.

"Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda "Nargis" jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, “Nargis” Publishing House və Veysəloğlu Şirkətlər Qrupu ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, "Nargis"in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan gəlib. Sərgini ziyarət edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində "Nargis" Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla "Nargis" nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.

Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirib və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəldib.

“Make the Earth Smile” sərgisi 9 sentyabrdan – 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.

S.Xankişiyeva

 

 

Paylaş:
692

Son xəbərlər

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17
Bütün xəbərlər