1news.az

“Liverpul” möhtəşəm qələbə ilə finalda - VİDEO

8 May saat 09:27 ~ 1 dəqiqəlik oxu 310
“Liverpul” möhtəşəm qələbə ilə finalda - VİDEO

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

1news.az-ın məlumatına görə, İngiltərənin “Liverpul” klubu doğma arenada səfərdə 0:3 hesabı ilə məğlub olduğu “Barselona” komandasını qəbul edib.

“Barselona” finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edərək finala vəsiqə qazanıblar.

İlk qol matçın 7-ci dəqiqəsində vurulub. Divok Oriqi meydan sahiblərini irəli çıxardıb. İlk hissədə başqa qol olmayıb.

Qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsində “Liverpul” komandası hesabı artırıb. Belə ki, Aleksander Alnordun cinah ötürməsini Corginio Veynaldum dəqiq zərbə ilə tamamlayıb - 2:0. Qoldan cəmi 2 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Corginio Veynaldum dəqiq baş zərbəsi ilə üçüncü qolu vurub - 3:0.

Oyunun 79-cu dəqiqəsində “Liverpul” klubu sensasiya yaradaraq katalonyalıların qapısından dördüncü dəfə topu keçirib. Müdafiəçilərin səhvini oyunda dublunu rəsimləşdirən Divok Oriqi bağışlamayıb.

Qalan dəqiqələrdə “Barselona” klubunun cəhdlərinə baxmayaraq “Liverpul” komandası qapısını toxunulmaz saxlayaraq UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün finalına vəsiqə qazanıb.

Mərhələnin ikinci yarımfinalı bu gün Hollandiyada təşkil olunacaq. “Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasında İngiltərədə baş tutan görüşdə “Ayaks” 1:0 hesabı ilə qalib gəlmişdi.

7 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

“Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) - 4:0, 23:00.
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net