LSS MFL 2019/20 Liqasının XV turu: “Squadra”dan çətin qələbə, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XV turu: “Squadra”dan çətin qələbə, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO

16:30 - 20 / 12 / 2019
LSS MFL 2019/20 Liqasının XV turu: “Squadra”dan çətin qələbə, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 15-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 15-ci turda İnfinity konferensiyasında “Army United” rəqibi “Balaxanı komandasının qapısından 8 top keçirdi. Rəqibin gücü isə yalnız təsəlli qoluna çatdı. Lider “Squadra” - “Dənizkənarı Bulvar İdarəsi”nin taleyini isə bir qol həll etdi. “Squadra” çətinliklə də olsa rəqibinə qalib gələrək zirvədəki yerini qorudu.

15-ci turda Platinum konferensiyasında ən qollu qarşılaşma “Gres Severnıy” – “Binə” görüşü oldu – 13 qol. Rəqibin 6 qoluna 7 qolla cavab verən “Binə” 3 xalı aktivinə yazan tərəf oldu. Turun mərkəzi görüşü olan “Peçat Dönər” – “Muğanbank” oyunu isə ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Bu həftə həm də Platinum konferensiyasının təxirə salınmış “AgroSport” – “Peçat Dönər” oyunu baş tutdu. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Peçat Dönər” iddiasını bir daha ortaya qoydu, “AgroSport” isə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq imkanını əldən verdi.

Qeyd etdiyimiz kimi, bu həftə “Peçat Dönər” ikinci oyununu “Muğanbank”a qarşı keçirdi. MFL-in səhifəsində canlı yayımlanan bu görüş həm də turun mərkəzi qarşılaşması oldu. Gərgin mübarizə şəraitində keçən oyun “bankirlərin” 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Müsahibimiz MFL-in debütantlarından olan “Mübariz FK”nın kapitanı Sadəddin Əhmədovdur. O, komandasının turnirdəki çıxışını dəyərləndirməklə yanaşı, “Maisan” komandasını tərk etməsi, rəqiblər haqqında da fikirlərini bölüşüb.

Növbəti müsahibimiz “Tiyaqani” komandasının müdafiə xəttində vacib rol oynayan Əli Quliyevdir. Əli cari mövsümdəki çıxışlarından, həmçinin, geridə qoyduğumuz oyunlarda ona ən çox başağrısı olan hücumçudan, keçmiş komandasından və simvolik 6-lığından danışdı.

 

Geridə qalan 15 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 15 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
5372

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər