LSS MFL 2019/20 Liqasının XVI turu: “Tiyaqani”dən çətin qələbə, “Muğanbank” darmadağına sevindi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XVI turu: “Tiyaqani”dən çətin qələbə, “Muğanbank” darmadağına sevindi – FOTO – VİDEO

16:20 - 27 / 12 / 2019
LSS MFL 2019/20 Liqasının XVI turu: “Tiyaqani”dən çətin qələbə, “Muğanbank” darmadağına sevindi – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 16-cı turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 16-cı turda İnfinity konferensiyasının lideri “Squadra” rəqibi “Driffters”in qapısından 8 cavabsız top keçirərək 15-ci oyununda 15-ci qələbəsini qazandı. “Galaxy” – “Chelsea Baku” görüşündə isə qapılara qol vurulmadı.

16-cı turda Platinum konferensiyasında liderlər rəqiblərinə qalib gələrək növbəti üç xalı aktivlərinə yazdılar. Yalnız “Piramida SAYAD” – “AgroSport” görüşündə qalibi müəyyənləşdirmək mümkün olmadı.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasında üst pillələrində qərarlaşan “Tiyaqani” ilə “Kapital Bank” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Tiyaqani” komandası ikinci sıradakı mövqeyini qoruyub saxlamağı bacarıb. “Kapital Bank” isə mövsümdə ikinci məğlubiyyətini alıb.

Vaxtilə Azərbaycan peşəkar futbolunda top qovmuş, indi isə MFL-də öz oyunu ilə göz oxşayan Ramal Hüseynovdan müsahibə alaraq ona bəzi suallarımızı ünvanladıq.

“Baku Juniors” komandasının kapitanı Elvin Şirinli ilə “BOS Shelf” matçı öncəsi aldığımız müsahibəni təqdim edirik. O komandasının MFL-də iştirakı, gələcək planlar, yeni oyunçuların transferi və digər məsələlər barədə danışdı.

“Army United” komandası hər il olduğu kimi bu mövsüm də MFL-ə rəng qatmağa davam edir. Komandanın heyətində isə 6 oyuna 17 qol vurmuş Əsəd Ağayev və assisterlər siyahısına 21 assistlə başçılıq edən Emin Nəsirzadə çıxış edir. Bir sözlə, geriyə qalan isə sadəcə “play-off” mərhələsinə keçid almaqdır.

“Dənizkənarı Bulvar İdarəsi”  son turda çətin rəqiblərdən biri olan BOS Shelf” üzərində 2-1 hesablı qələbə qazanmaqala xallarının sayını 24-ə çatdırdı.

Dənizkənarı Bulvar İdarəsinin qələbə sevinci

16-cı turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

Geridə qalan 16 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 16 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
884

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər