McDonald’s Azərbaycanın nümayəndəsi: “Ən yaxın gələcəkdə Qarabağın azad olunmasını arzu edirəm” | 1news.az | Xəbərlər
Müsahibə

McDonald’s Azərbaycanın nümayəndəsi: “Ən yaxın gələcəkdə Qarabağın azad olunmasını arzu edirəm”

10:00 - 03 / 11 / 2020
McDonald’s Azərbaycanın nümayəndəsi: “Ən yaxın gələcəkdə Qarabağın azad olunmasını arzu edirəm”

Bir müddət əvvəl dünyaca məşhur olan McDonald`s restoranlar şəbəkəsinin Azərbaycan nümayəndəliyi Facebook və İnstaqram hesabında Azərbaycan Ordusuna dəstəklə bağlı status paylaşdı.

Postun yerləşdirilməsindən bir müddət sonra həmin post "McDonald`s Azərbaycan"ın hesablarından silindi. Belə bir məqamda bu postun silinməsi əlbəttə ki, müəyyən narazıqlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda, bu postun silinməsi erməni lobbisinin təzyiqi ilə əlaqələndirildi. Ancaq bu iddialar təsdiqini tapmadı.

"McDonald`s Azərbaycan”ın nümayəndəsi Xəzər TV-nin efirində bütün məsələlərə aydınlıq gətirməyə çalışıb.

- Hamını maraqlandıran məsələ budur ki, bu paylaşımlar niyə edilib və hansı səbəbdən silinib?

- Hamınızı salamlayıram.

İlk növbədə onu qeyd etməliyəm ki, "McDonald’s Azərbaycan" şirkətinin rəhbərliyi daxil olmaqla, demək olar ki, bütün əməkdaşlarımız Azərbaycan vətəndaşlarıdır. Aramızda yalnız bir nəfər qardaş Türkiyənin vətəndaşı var.

Onu da qeyd etməliyəm ki, hal hazırda "McDonald’s Azərbaycan"ın 25 əməkdaşı cəbhədə Vətən uğrunda döyüşür. 2 əməkdaşımız yaralıdır, 1 nəfər şəhidimiz də var. Bütün bunları nəzərə alsaq, aydın görünür ki, biz bu məsələyə biganə qala bilməzdik. Həmin paylaşımları edəndə, biz öz vətəndaş mövqeyimizi ortaya qoyduq və Vətənimizə dəstək olmağa çalışdıq.

Onu da qeyd etməliyəm ki, bu paylaşımlar 2 həftədən çox bizim sosial səhifələrimizdə qalmışdır. 

- Bəs niyə silindi?

- Reportajınızda qeyd etdiyiniz kimi, bu məsələ dünya mediasında böyük maraq doğurub. Əslində demək olar ki, bu paylaşımlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Nümayəndəliyinin deyil, Mərkəzi Ofisin rəsmi mövqeyi kimi qəbul olunmuşdu.

Lakin tarixən McDonald’s korporasiyası siyasi mövzularda neytral mövqedə qalmağa üstünlük verib, heç zaman hər hansı bəyanatla çıxış etməmişdir. Məhz bu səbəbdən həmin paylaşımlar səhifədən silinmişdir.

Bundan başqa, bildirmək istəyirəm ki, "McDonald’s Azərbaycan"ın sosial səhifələrində bu günə kimi dövlət bayrağımızı və Qarabağ daxil olmaqla, xəritəmizi əks etdirən digər şəkillər qalır və hər zaman da qalacaqdır.

- Sözünüzdən belə çıxır ki, dünya mediası McDonald’s şirkətinin Azərbaycanın tərəfində olduğunu hesab edib?

- Əslində belə demək olar. Məhz buna görə də dünyanın aparıcı media qurumları şirkətin baş ofisinə çoxlu sayda sorğular ünvanlamışdır.

- Bəzi məlumatlara görə bu paylaşımlar erməni lobbisinin təzyiqi nəticəsində silinmişdir?

- Təəsüf ki, bir çox həmvətənlərimiz bu yanlış məlumata inanıblar. Mən sizi əmin edirəm ki, bu 100% “fake” xəbərdir. Sadəcə bu postlar siyasi xarakterli olduğundan və şirkətin daxili qaydaları ilə ziddiyyət təşkil etdiyinə görə silinmişdir.

- Maraqlıdır, əgər erməni lobbisi bu qədər güclüdürsə, bəs niyə McDonald’s Ermənistanda yoxdur?

- Maraqlı sualdır. Amma yaxşı olardı ki, bu suala məhz həmin erməni lobbisi cavab verərdi.

Onu da qeyd etməliyəm ki, görünür ermənilər həmişəki kimi onlara aidiyyətı olmayan məsələni öz uğuru kimi təqdim etməyə çalışıblar. Çox təəsüflənirəm ki, bəzi həmvətənlərimiz bu yalan məlumatlara inandılar. Hər halda, McDonald’s Azərbaycan’ın Vətənimiz üçün etdikləri bununla məhdudlaşmır.

- Nəyi nəzərdə tutursunuz?

- Qeyd etdiyim kimi, 20 il ərzində şirkətimiz çoxlu sayda xeyriyyə aksiyaları həyata keçirib. Biz mütəmadi olaraq uşaq evlərinə, idman yarışlarına da öz dəstəyimizi göstərmişik.

Bir maraqlı məqama da toxunmaq istəyirəm. COVİD-19 pandemiyası dövründə biz bir çox xəstəxanaları, karantində olan minlərlə insanı təmənnasız olaraq yeməklə təmin etmişik.

Əminliklə qeyd edə bilərəm ki, şirkətimizin həm rəhbər, həm sıravi işçiləri fərdi qaydada orduya öz dəstəyini göstərib və göstərəcəklər.

Eyni zamanda dediyim kimi, 25 əməkdaşımız bu gün ön cəbhədədir və biz onların ailə üzvlərinə dəstək göstəririk. Səbəbi çox sadədir, çünki biz sözün əsl mənasında böyük bir ailəyik. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin… McDonalds’ın böyük ailəsindən də bir şəhidimiz var və biz bu şəhidin ailəsinə ömür boyu dəstək göstərəcəyik.

- Sosial şəbəkələrdə bəzi narazılıqlarla bağlı fikriniz necədir?

- Hər bir vətəndaşımız öz mövqeyini sərbəst şəkildə bildirmək hüququna malikdir. Biz bütün müxtəlif fikirlərə hörmətlə yanaşırıq. Lakin dediyim kimi, paylaşımların olub-olmamasından asılı olmayaraq, biz öz mövqeyimizdən çəkilməmişik.

Bu gün mən və 1200 əməkdaşımız Vətənimizin yanındayıq, ürəyimiz cəbhədəki qardaşlarımızın ürəyi ilə birgə döyünür. Bir az öncə qeyd etdiyim kimi, biz hər zaman ölkəmizi dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik.

Sonda isə, xalqımıza ən yaxın gələcəkdə Qarabağın azad olunmasını arzu etmək istəyirəm. Qoy Ulu Tanrı millətimizi qorusun!

1news.az

Paylaş:
1449

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər