Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO

15:36 - 27 / 01 / 2021
Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO

Elektron məşiət avadanlıqları demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ mallarda qısa zamanda nasazlıq yaranır və sıradan çıxır. Bu isə satıcı və alıcı arasında narazılıqlara səbəb olur. Bəzən isə istehlakçı haqlı olduğu halda haqsız duruma düşür. Amma müəyyən qaydalara əməl etməklə bunun qarşısını almaq olar.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, elektron məşiət texnikası alarkən diqqətli olun. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, bu növ mallara təlabatın kəskin artması keyfiyyət və satış qaydalarına da təsirsiz ötüşməyib. Vətəndaşlar məişət texnikası alarkən onun keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa qeydlərin olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət etməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirdi ki, zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Bu sahədə qanun pozuntusuna yol verənlər üçün cərimələr də nəzərdə tutulub.

Elməddin Quliyev bildirdi ki, Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcınınn təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur.

1news.az

Paylaş:
595

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32
Bütün xəbərlər