Məzahir Pənahov: Aksiyaya baxdım, sevindim, ləzzət aldım | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Pənahov: Aksiyaya baxdım, sevindim, ləzzət aldım

12:10 - 14 / 02 / 2020
Məzahir Pənahov: Aksiyaya baxdım, sevindim, ləzzət aldım

Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi.

Qafqazinfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında Məzahir Pənahov deyib.

MSK sədri əlavə edib ki, sözügedən aksiyanı xarici telekanallar da yayımlayıb: "Aksiya başlayan kimi bütün xarici kanallar verdi. Mən də hamısında baxdım, sevindim, ləzzət aldım".

Qeyd edək ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı və 60 saylı Salyan-Neftçala, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 14 saylı Xəzər, 15 saylı Yasamal birinci, 10 saylı Binəqədi üçüncü, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli, 45 saylı Abşeron, 109 saylı Balakən, 67 saylı Cəlilabad seçki dairələri üzrə müraciətlərə baxılıb.

Müzakirələrdən sonra müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib – YENİLƏNİB

S.Xankişiyeva

 

Paylaş:
1243

Son xəbərlər

Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27
Bütün xəbərlər