MFL 2019-2020-ci mövsüm üçün qeydiyyatın başlanmasını elan edir - VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL 2019-2020-ci mövsüm üçün qeydiyyatın başlanmasını elan edir - VİDEO

15:50 - 18 / 07 / 2019
MFL 2019-2020-ci mövsüm üçün qeydiyyatın başlanmasını elan edir - VİDEO

Üçüncü mövsümü yenicə uğurla başa vuran Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL 2019-2020-ci - dördüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatının başlanmasını elan edir.

MFL nədir?

MFL – futbol həvəskarları tərəfindən FUTBOL HƏVƏSKARLARI ÜÇÜN yaradılan liqadır.

Liqanın məqsədi - mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirməkdir.

MFL-in oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında keçirilir.

Hər bir oyuna tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edir. Bu da Liqada yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

MFL-in dördüncü mövsümündə bizi hansı yenilikər gözləyir?

Liqanın formatı:

Bu mövsüm 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45 komanda qeydiyyat haqqını tam ödəməklə turnirə qatıla bilər, 5 komanda isə “Muğanbank”-ın sponsorluğu ilə keçiriləcək təsnifat mərhələsində qalib gələrək liqada pulsuz iştirak etmək hüququ qazanacaq.

Təsnifat mərhələsi nədir?

“MUĞANBANK MFL TƏSNİFAT PLAY OFF 2019” adlanacaq təsnifat mərhələsi aşağıdakı qaydada təşkil olunacaq:

- Hər birində 16 komanda olmaqla 5 play-off keçiriləcək.

- Kubok sistemi üzrə keçiriləcək play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə və nəhayət finala yüksələcəklər.

- 5 finalda qalib gələn komandalar MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaqlar.

- Təsnifat mərhələsində komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

- Cütlüklər püşkatma yolu ilə müəyyən olunacaq.

- Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda təsnifat mərhələsində iştirak edə bilər.

Qeyd edək ki, təsnifat mərhələsində iştirak edəcək 80 komandanın qeydiyyat üçün ödəniş etməsi tələb olunmur. Yəni, təsnifat mərhələsində pulsuz iştirak edə bilərlər.

Təsnifat mərhələsində çıxış etmək istəyən komandalar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

1. Təsnifat mərhələsinin qalibləri MFL-də şirkət adından çıxış etmək istəsələr müvafiq ödəniş (2000 manat) etməlid olacaqlar. Lakin şirkət adından istifadə etməsələr yuxarıda qeyd olunduğu kimi MFL-in əsas mövsümündə iştirak pulsuz olacaq.

2. Təsnifat mərhələsinin qalibi olmuş komandaların üzvləri sonradan başqa komandaya keçə bilməzlər (bu yalnız qış transfer pəncərəsi zamanı mümkün olacaq).

3. Təsnifat mərhələsinin qalibi olmuş 5 komandanın oyunçularının əsas mövsümə buraxılması üçün onlar turnirin Reqlamentinə cavab verməlidirlər.

Reqlamentə cavab verməyən oyunçular təsnifat mərhələsinin yekunlaşmasından sonra komandalardan uzaqlaşdırılacaqlar.

Əsas mövsümün formatı:

MFL 2019-2020-ci mövsümündə iştirak edən komandalar hər birində 25 komanda olmaqla 2 konferensiyaya bölünəcəklər. Komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

Hər konferensiyadan 8 komanda olmaqla 16 komanda play-off mərhələsinə vəsiqə qazanacaq.

Turnirin mükafat fondu və qeydiyyat üçün ödəniş

Mükafat fondu aşağıdakı kimidir:

- Qalib 10.000 manat alacaq,

- İkinci yerin qalibi 2.000 manat,

- Üçüncü yeri tutan komanda növbəti mövsümdə pulsuz çıxış etmək hüququ qazanacaq,

- Liqanın ən yaxşı oyunçusu 300 manat pul mükafatı əldə edəcək,

- Ən yaxşı assistentlər, qapıçı və bombardir isə 200 manat pul mükafatı qazanacaqlar.

Qeyri-korporativ ad altında çıxış edən (şirkət adı olmayan) komandalar 1000 manat qeydiyyat haqqı ödəməlidirlər.

Korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 2000 manat ödəməlidirlər.

Reqlament:

Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır. Komandanın kapitanı və vitse-kapitanı da göstərilməlidir. Eyni zamanda bir və yaxud iki məşqçi də sifariş verilə bilər. Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.

Aşağıdakı şərtlərə diqqət yetirməyiniz xahiş olunur:

Əsas mövsümə peşəkarların buraxılması

Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol, futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində, o cümlədən hakimin protokolunda yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

- 2016-2017-ci il (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların

- 2017-2018-ci il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;

- 2018-2019-cu və ya 2019-2020-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;

- 2014-2015-ci il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;

- 2014-2015-ci (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştirakına icazə verilir.

Liqada 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilər.

Reqlamentə uyğun gəlməyən oyunçuların (“lipa”) aşkarlanması

Komandanın oyunçuları mövsüm öncəsi və turnirin gedişatı zamanı yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.

Komandada Qaydalara uyğun olmayan 1 və ya 2 oyunçu aşkarlanarsa həmin oyunçular turnirdən uzaqlaşdırılır, komandanın xalları isə silinmir.

Komandada bu Qaydalara uyğun olmayan 3 oyunçu aşkarlandıqda isə komandanın özü turnirdən kənarlaşdırılır, bütün oyunlar (keçirilmiş oyunlar da daxil olmaqla) üzrə 0-3 hesablı texniki məğlubiyyət verilir.

Komandanın turniri könüllü olaraq tərk etməsi və yaxud onun diskvalifikasiya edilməsi

- Bütün oyunlara görə (keçmiş və qarşıdakı) komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

- Turnirdən çıxan zaman qeydiyyat haqqı geri qaytarılmır.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (070) 269-00-21, (055) 587-53-54

E-mail: [email protected]

Ərizə və sənədlər təsnifat mərhələsi üçün 10 avqust tarixinə, əsas mövsüm üçün isə 15 sentyabr tarixinə qədər qəbul edilir.

1news.az

Paylaş:
1290

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər