1news.az

“MFL Gəncə Kuboku 2019”da yarımfinal mərhələsinin ilk oyunları keçirilib – FOTO

22 May saat 09:40 ~ 1 dəqiqəlik oxu 357
“MFL Gəncə Kuboku 2019”da yarımfinal mərhələsinin ilk oyunları keçirilib – FOTO

“MFL Gəncə Kuboku 2019”da yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

1news.az-ın məlumatına görə, mayın 18-də baş tutan oyunlar gözlənildiyi kimi gərgin və maraqlı mübarizə şəraitində keçib.

“Sirena Motors” – “Uraqan” oyununda ikincilər 6:2 hesabı ilə qalib gələrək cavab qarşılaşması öncəsi böyük üstünlük əldə ediblər. Digər qarşılaşmada isə “Ruslan” rəqibi “Nirvana”ya 8:5 hesabı ilə qalib gəlib.

Yarımfinal mərhələsinin ilk oyunlarının nəticələrini təqdim edirik:

Cavab görüşləri mayın 26-da keçiriləcək. İki oyunun nəticəsinə görə üstün olan komandalar finala vəsiqə qazanacaqlar.

Xatırladaq ki, üçüncü yer uğrunda oyun və final görüşü bir dəfə keçiriləcək.

Aşağıda 26 may tarixində keçiriləcək oyun cədvəli ilə tanış ola bilərsiniz.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 31 top keçirən B.Məlik (“Ruslan”) başçılıq edir. Onu 29 qolla Ə.Rəhman (“Uraqan”) izləyir. İlk üçlüyü 15 qolla H.Ruslan (“Offside”) qapayır.

“MFL Gəncə Kuboku 2019”-da məhsuldar ötürmə edənlərin sıralamasına gəlincə, İ.Azad (“Ruslan”) 11 assistlə liderdir. Növbəti sıralarda müvafiq olaraq 10 assistlə M.Polad (“Avrora”)  və 9 assistlə M.Rəşad (“Pəhləvan”) qərarlaşıblar.

Qeyd edək ki, “MFL Gəncə Kuboku 2019” turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və McDonald's Azerbaijan-nın dəstəyilə keçirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net