1news.az

Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib

26 Noyabr saat 13:21 ~ 1 dəqiqəlik oxu 4000
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib

Milli Məclis Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.

1news.az xəbər verir ki, çağırışda bildirilir ki, son illərdə tutduğu mövqe və verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın. Eyni zamanda çağırışda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net