“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib

14:20 - 27 / 06 / 2019
“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib

İyunun 27-də - “Minsk 2019”un yeddinci, güləş yarışlarının isə üçüncü günündə Azərbaycanın qadın pəhləvanları mübarizəyə uğurla start veriblər.

1news.az xəbər verir ki, qadın güləşçilər mübarizəyə 50, 57, 62 və 76 kiloqram çəki dərəcələrində səkkizdəbir final mərhələsindən başlayıblar. Azərbaycanı bu çəki dərəcələrində Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edirlər.

Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa dörddəbir final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) adını yarımfinala yazdırıb. Yarımfinalda qadın pəhləvanımızın rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz səkkizdəbir final mərhələsində ilk görüşlərini qələbə ilə başa vurublar. A.Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Lakin güləşçimiz dörddəbir finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6. Rəqib finala çıxacağı təqdirdə idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

E.Qəmbərova (62 kq) səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

Səkkizdəbir finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn S.Əliyeva (76 kq) dörddəbir Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.

1news.az

 

Paylaş:
856

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər