Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi | 1news.az | Xəbərlər
Dünya

Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi

16:18 - 11 / 07 / 2019
Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi

Misir hakimiyyəti ötən həftə Londonda 4 milyon 746 min funt-sterlinqə (təxminən 6 milyon dollar) satılmış firon Tutanxamonun qədim daş büstünün yerinin müəyyən olunması üçün İnterpol qarşısında məsələ qaldırıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hərrac iyulun 4-də "Christie's" satış evi tərəfindən keçirilib. Bu, vaxtilə xarici arxeoloqlar tərəfindən qanunsuz olaraq ölkədən çıxarılan tarixi abidələrin geri qaytarılmasını tələb edən Misir tərəfinin narazılığına səbəb olub.

Misir prokurorluğu Qədim Abidələrin Repatriasiyası üzrə Milli Komitənin tələbi ilə lazımi sənədləri olmayan belə əşyaların yerinin müəyyən edilməsinə order verməsi üçün İnterpola müraciət edib.

Tutanxamon Misiri eramızdan əvvəl 1332-1323-cü illərdə idarə edib. Onun sərdabası 1922-ci ildə britaniyalı arxeoloqlar tərəfindən aşkarlanan vaxta qədər toxunulmaz qalıb. Sərdabanın aşkarlanması XX əsrin ən böyük arxeoloji tapıntısı sayılır.

Qeyd edək ki, 1983-cü ildə Misirdə qədim əşyaların xaricə çıxarılması qadağan edilib.

1news.az

Paylaş:
2920

Son xəbərlər

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02
Bütün xəbərlər