Mubariz Əhmədoğlu: Aprel hadisələri üzrə parlament komissiyası Tonoyanı mühakimə etmək gücündə deyil | 1news.az | Xəbərlər
Siyasət

Mubariz Əhmədoğlu: Aprel hadisələri üzrə parlament komissiyası Tonoyanı mühakimə etmək gücündə deyil

09:54 - 21 / 06 / 2019
Mubariz Əhmədoğlu: Aprel hadisələri üzrə parlament komissiyası Tonoyanı mühakimə etmək gücündə deyil

Nikol Paşinyan separatçı Dağlıq Qarabağdakı qondarma rəhbərliklə gərgin mübahisəsi fonunda 2016-cı ilin aprel hadisələrinə dair komissiya yaratdı.

Əksəriyyətin fikrincə, bu komissiya separatçı Dağlıq Qarabağın qondarma rəhbərliyini cəzalandırmaq məqsədini daşıyır. Bu komissiyaya ən ciddi etiraz edən Ermənistanın Müdafiə naziri D.Tonoyan oldu. Onun fikrincə, bu komissiya Azərbaycanın apardığı informasiya müharibəsi nəticəsində yaranıb və komissiyanın nəticələri Azərbaycanın informasiya müharibəsindəki mövqeyini daha da gücləndirəcək. Tonoyanın narazı qalmasının səbəbi bəllidir. Çünki 2016-cı ildə aprel döyüşləri onun “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasından başlandı. Tonoyan ABŞ-da olarkən “yeni ərazilər üçün yeni müharibələr” konsepsiyasını irəli sürdü. Həm “Statik müdafiədən aktiv cilovlamaya”  konsepsiyasının, həm də “yeni ərazilər üçün yeni müharibələr” tezisinin Rusiyadan kənarda, Qərb məkanında formalaşdırılması və ortalığa qoyulması diqqəti çəkir. Ehtimal ki, Serj Sərkisyanı devirmək üçün məhz hərbi təxribat lazım idi; 2015-ci ildən bəri S.Sərkisyan Qərbə razılıq versə də, Qərbin  planlarını reallaşdıra bilmirdi.

Görünür, “yeni ərazilər üçün yeni müharibə” tezisini ABŞ-da gündəliyə gətirməklə D.Tonoyan ABŞ-ın N.Paşinyandan məyus olduğunu nümayiş etdirmək istəyir. Başqa sözlə, artıq Qərb N.Paşinyana inanmır və hesab edir ki, onun üzərində təzyiq olmalıdır.  Bu təzyiq özünü doğrulda  bilməyəcəksə hakimiyyətdən getməlidir. Ona görə əsas hədəf N.Paşinyandır. Artıq hiss olunur ki, N.Paşinyanın aprel komissiyasını yaradarkən indiki mövqeyi ilk mövqeyindən fərqlidir; S.Sərkisyanın aprel döyüşlərinə görə Müdafiə Nazirliyindən  uzaqlaşdırdığı hərbçiləri indi vəzifəyə qaytarır. N.Paşinyanın S.Sərkisyanı da istintaqa cəlb etməsi mümkün deyil, çünki D.Tonoyanın S.Sərkisyana münasibəti çox müsbətdir. Faktiki Tonoyanın Müdafiə naziri müavini vəzifəsindən azad etdi, Fövqəladə Hallar naziri təyin etdi. İndi də  Fövqəladə Hallar naziri dövründə baş vermiş korrupsiya halları ilə bağlı məlumatlar aşkarlansa da bu işdə heç bir dinamika yoxdur.

Beləliklə aprel komissiyasının D.Tonoyanı istintaqa cəlb etməsi, N.Paşinyanın Müdafiə nazirini hər hansı bir yolla cəzalandırması qeyri-mümkündür. Əksinə Qərbin dəstəyinə malik Müdafiə naziri D.Tonoyan özünün mövqeyini möhkəmləndirmək üçün yeni addımlar atır. Onun “Ermənistanda kimsə hakimiyyəti devirməyə cəhd etsə, qarşısında ordunu görəcəkdir” bəyanatı diqqətdən kənarda qalmamalıdır. Aprel komissiyasının müzakirələri və yaxud qərarı D.Tonoyanın xoşuna gəlməyəcəksə hərbçilər aprel komissiyasının üzvlərini həbs edəcəklər Beləliklə Ermənistanda geri sayım başlanıb. N.Paşinyan D.Tonoyanı sıradan çıxara bilməyəcək. O, aprel komissiyasını yaratmaqla öz taleyini D.Tonoyanın əlinə verdi.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
479

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər