Mübariz Əhmədoğlu: Bir qrup ABŞ konqresmeni üçün Ermənistanın marağı ABŞ-ın dövlət maraqlarından üstündür | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Bir qrup ABŞ konqresmeni üçün Ermənistanın marağı ABŞ-ın dövlət maraqlarından üstündür

10:46 - 17 / 07 / 2019
Mübariz Əhmədoğlu: Bir qrup ABŞ konqresmeni üçün Ermənistanın marağı ABŞ-ın dövlət maraqlarından üstündür

ABŞ konqresmenləri ermənilərin təklifi ilə 2 qətnamə  qəbul ediblər.  ABŞ konqresmenlərinin “erməni soyqırımı”nın  tanınmasında uğursuz cəhdlərindən sonra Dağlıq Qarabağ mövzusunda belə aktivlik bir sıra prizmalardan izah oluna bilər.

Onlar “erməni soyqırımının” tanınmasında əgər ciddi bir şey əldə edə bilməyiblərsə, Dağlıq Qarabağ münaqişəsində də ciddi dəyişiklik yarada bilməyəcəklər. Başqa sözlə, Dağlıq Qarabağ mövzusunda da ermənilərin maraqlarını təmin edə bilməyəcəklər.

ABŞ konqresinin Dağlıq Qarabağ mövzusundakı qətnamələri qərəzlilik, savadsızlıq və məlumatsızlıqdan irəli gələn cəfəng iddialarla xarakterizə olunur; Guya Azərbaycan təkcə Ermənistanı deyil, Gürcüstanı da blokadaya alıb. Bu gün və o zaman da bəlli idi ki, Azərbaycanın Gürcüstanı blokadaya alması öz-özünü blokadaya alması anlamındadır.

Guya azərbaycanlılar Dağlıq Qarabağda təkcə erməniləri deyil, yəhudiləri də qırırlar. O zaman bu tezisin müəllifi olan konqresmenlər sonradan bircə nəfər də yəhudinin Azərbaycan hərbçisi tərəfdən öldürülməsi ilə bağlı faktlara rast gəlmədilər. Çünki Dağlıq Qarabağda yəhudi yaşamayıb. Dağlıq Qarabağ münaqişəsində yəhudilər öldü, amma bu Azərbaycan Respublikasının vətəndaşı olan yəhudilərin Azərbaycan torpağı uğrunda apardığı mübarizə nəticəsində olub. Başqa sözlə, ermənilər Azərbaycan Respublikasının vətəndaşı olan yəhudiləri öldürüblər.

“Azadlığa dəstək aktına”  907 -ci əlavə də konqresin ABŞ-ın milli maraqlarını inkar etməsinin nümunəsidir. Həm Klinton , həm də Buş administrasiyaları bu düzəlişin kəskin əleyhinə idilər. İlk mkan düşən kimi Ağ ev bu düzəlişin təsirini dayandırdı.

ABŞ prezidenti D.Trampın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Belə olan halda konqresmenlərin məlumatsızlığı təkcə siyasi qərəzin hesabına deyil. ABŞ konqresmenləri bilirlər ki, SSRİ-i dağılarkən keçmiş sovet respublikaları “uti posidises” proseduru ilə BMT-yə üzv qəbul edildilər. Yəni Dağlıq Qarabağ SSRİ vaxtı  Azərbaycan SSR-nin tərkib hissəsi idi, o avtomatik olaraq müstəqil Azərbaycan Respublikasının tərkib hissəsidir. BMT başqa variant ortalığa qoymayıb.

N.Paşinyanın hakimiyyətə gəlməsindən istifadə edərək konqresmenlər də öz şəxsi maraqlarını təmin etmək üçün erməni təşkilatlarının təkliflərinə dəstək verdilər. Konqresmenlər unutdular ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri C.Bolton regionda olarkən ABŞ-dan silah almağı təklif etdi.

Frenk Pallone və yaxud digər konqresmenlər bunu bilmirlərsə demək savadsızdırlar. Savadsızdırlarsa konqresin adına, fəaliyyətinə ləkə gətirirlər.

Yox əgər bilə-bilə Dağlıq Qarabağa səfərlərə qoyulan maneələri aradan qaldırmağı tələb edirlərsə, demək artıq özlərinin şəxsi maraqlarını ABŞ-ın dövlət marağından üstün tuturlar.

Azərbaycan heç vaxt Dağlıq Qarabağa edilən səfərlərə qadağa qoymayıb. Azərbaycan Dağlıq Qarabağa edilən səfərlərin rəsmi Bakının icazəsi ilə və yaratdığı şərait əsasında baş tutmasına çalışır. Rəsmi Bakı beynəlxalq hüququ müdafiə edir. Hər halda Frenk Pallone və digər konqresmenlərin atdığı addımlar sonda ABŞ konqresinin nüfuzdan düşməsinə səbəb olacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
667

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər