Mübariz Əhmədoğlu: Ermənistan tənzimlənmənin mahiyyətindən doğan humanitar aksiyalara üstünlük verməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan tənzimlənmənin mahiyyətindən doğan humanitar aksiyalara üstünlük verməlidir

10:22 - 17 / 04 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan tənzimlənmənin mahiyyətindən doğan humanitar aksiyalara üstünlük verməlidir

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin Vyana görüşündə  tövsiyə olunan məsələlərdən biri də humanitar aksiyaların reallaşdırılması idi.

Erməni tərəfi buna dərhal siyasi yanaşmanı ortalığa qoydu; Bir neçə ailənin görüşməsi, sosial şəbəkələrdə dialoqun bünövrəsinin qoyulması, hava sərhədinin və Sərsəng Su Anbarından qondarma Dağlıq Qarabağ Respublikası ilə Azərbaycan Respublikasının birgə istifadəsi və s bu qəbildən olan ideyalar idi. Əslində erməni tərəfinin bütün canfəşanlığı tənzimlənmədə bu vaxta qədər əldə olunmuş nailiyyəti heçə endirməkdir. Humanitar aksiyaları siyasiləşdirmək bunun bir istiqamətidir.

Dağlıq Qarabağ tənzimlənməsinin gedişinə baxsalar ermənilər bütün vacib məsələlərə cavab taparlar. Cavablar ermənilərin maraqlarına  uyğun olmadığı üçün ermənilər bundan imtina edir və yaxud rədd etməklə məşğul olurlar. 2011-ci il Həştərxanda üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə humanitar aspektləri ətraflı əhatə edən bəyanat qəbul edildi. Bəyanatın qısa mahiyyəti: Erməni tərəfdə olan azərbaycanlı və yaxud Azərbaycan tərəfdə olan  erməni ölü və ya diri halda  dərhal qaytarılmalıdır.

İndi N.Paşinyan müxtəlif bəhanələr uydurmaqla məşğuldur. Belə xəstə düşüncələr ortalıqdadır.  Real yanaşma isə fərqli olmalıdır; Qondarma Dağlıq Qarabağın rəhbərliyi Sərsəng Su Anbarından birgə istifadə üçün Tərtər rayon İcra Hakimiyyətinə müraciət edə bilər.

Hava məkanının birgə istifadəsi tamamilə absurd məsələdir. Azərbaycan Respublikasının işğal olunmuş ərazisi olduğu üçün beynəlxalq Konvensiyalar Dağlıq Qarabağ üzərindən uçuşları qadağan edir. De-yure Azərbaycan Respublikasına məxsus olan bu hava məkanı üzərində Azərbaycanın de-fakto səlahiyyəti bərpa olunacaqsa, o zaman beynəlxalq konvensiyalar da bu hava məkanı üzərindən uçuşlara icazə verəcək. Ermənilərin humanitar aksiyaları siyasiləşdirməsi tənzimlənməyə deyil, yalnız özlərinin siyasi ambisiyalarına xidmət edir.

Tənzimlənmənin mahiyyətinə uyğun ən təkmil humanitar aksiya Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının müxtəlif formatlarda, variantlarda, müxtəlif sosial qruplar şəklində dialoqunun təşkilidir. Əgər erməni tərəfi tənzimlənməyə hazırdırsa başa düşür ki,  tənzimlənmənin sonu Dağlıq Qarabağın statusunun müəyyən olunmasıdır. Dağlıq Qarabağın statusunun müəyyən olunması yalnız Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının birgə iştirakı ilə mümkündür. Demək humanitar müstəvi məhz Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıları birgə oturub məsələləri müzakirə etməsi məqsədinə xidmət etməlidir. Təbii ki, bu yumşaq keçəsi proses deyil. Süni uydurulmuş siyasi nifrət və ya siyasi ambisiyalarla yanaşı, real narazılıqlar da ortalıqda ola bilər. Ona görə Ermənistan tərəfi humanitar aksiyaları siyasiləşdirməkdən əl çəkməli və tənzimlənmənin mahiyyətindən doğan humanitar aksiyalara üstünlük verməlidir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
496

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər