Mübariz Əhmədoğlu: Ermənistan XİN nazirinin Vaşinqton görüşünə şərhinin 5 aspekti | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan XİN nazirinin Vaşinqton görüşünə şərhinin 5 aspekti

10:17 - 25 / 06 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan XİN nazirinin Vaşinqton görüşünə şərhinin 5 aspekti

Ermənistanın Xİ naziri Z.Mnasakanyan ATƏT MQ həmsədrləri və azərbaycanlı həmkarı ilə görüşdən Yerevana qayıtdıqdan sonra əvvəlki bəyanatlarında polyar fərqli açıqlamalar verdi:

Kompromis iki tərəfli olmalıdır. “İki tərəfli” anlayış Ermənistan tərəfindən inkar olunurdu. Şərait və vasitəçilər Ermənistana “iki tərəfli” anlayışı qəbul etdirdi.

Təhlükəsizlik problemini aktual hesab edir. Z.Mnasakanyanın bu mövqeyi də həqiqətə daha yaxındır. Öz təhlükəsizliyini təmin etməkdə digər dövlətlərə və ya bloklara möhtac olan Ermənistan regional təhlükəsizlikdə heç bir rol oynaya bilməz. Ermənistanın strateji müttəfiq hesab etdiyi Rusiya prezidentinin Azərbaycan və Ermənistan rəhbərlərinə bu vaxtadək ünvanlandığı təbriklərini və məktublarını “təhlükəsizlik” frazası kontekstindən təhlil etsinlər. RF üçün Azərbaycan  dünya proseslərində, Yaxın Şərq də daxil olmaqla iri anlamda regionun təhlükəsizliyində rolu olan dövlətdir. Ermənistanın Rusiya üçün təhlükəsizlik anlamda rolu ancaq Gürcüstana qarşı istifadə ilə məhdudlaşa bilər.

Danışıqların hərbi gərginliyin artdığı fonda keçirildiyini bildirdi. İlk dəfə idi ki, gərginliyin mənbəyi kimi Azərbaycanı göstərmədi. Əksəriyyətin fikri ilə razılaşdı ki, qoşunların təmas xəttində gərginliyin, xüsusilə son gərginliyin mənbəyi Ermənistandır.

Prosesin pozulmasından danışdı. Bir az da açıqlasaq Z.Mnasakanyan ATƏT MQ egidası altında aparılan tənzimlənmə prosesinin pozulmasından danışır. Ermənistanın beynəlxalq hüququ, ATƏT MQ-nin təkliflərini inkarçılıq mövqeyi və Tonoyanın eskalasiya siyasəti həmsədrləri vasitəçilik missiyasını dayandırmağa yönəldir. Z.Mnasakanyanın dilindən bu ifadənin səslənməsi ATƏT MQ-nin fəaliyyətinin dayanması və ya dayandırılması ehtimalının çox olduğunu göstərir. Bunun Ermənistana təhlükəsi çox böyükdür. Bundan Azərbaycan zərər çəkməyəcək. Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır. Ermənistan isə yalnız ATƏT MQ-yə möhtacdır. Çünki ATƏT-də qərarlar konsensusla qəbul edilir.

Ermənistanın Xİ naziri bu vaxtadək əldə olunmuş razılaşmaların vacib olduğunu etiraf etdi. Təbii ki, rəsmi etirafdır. Danışıqlar stolunda 2009-cu ildə qəbul edilmiş “Yenilənmiş Madrid Prinsipləridir”. Ermənilər bu prinsiplərdən hansını qəbul etdiklərini və hansını qəbul etmədiklərini buyurub desinlər.

Z.Mnasakanyanın səsləndirdiyi fikirlərə manipulyasiya və müvəqqəti hal kimi baxmaq olar. Amma N.Paşinyan və Z.Mnasakanyanın planlarında belə manipulyasiya yox idi.

Z.Mnasakanyan yüksək intellektə və səviyyəyə malik olsa da bu fikirləri Baş nazir N.Paşinyan haqqında demək mümkün deyil. Ona görə Z.Mnasakanyanın bu bəyanatını müvəqqəti hesab etmək daha realdır. Amma Azərbaycanın gördüyü iş bu müvəqqətiliyi daimiliyə çevirəcəkdir. Müvəqqəti də olsa məcburedici faktor Ermənistan dövlətçiliyi üçün faciəyə çevrilə bilər. Region ətrafında baş verən proseslərin miqyası hansısa bir dövlətin qurban getməsi ilə sakitləşə bilər. Bu yola ən yaxın  Ermənistan dövlətidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
491

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər