Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut etməlidir

09:55 - 22 / 11 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut etməlidir

Ermənistanın Baş naziri və “məxməri inqilabın” müəllifi Nikol Paşinyan həqiqətən çox əla yalançı olduğunu nümayiş etdirə bilib.

Tək yalanla da bir iş görmək mümkün deyil. Bu da bəlli olan məsələdir. İndi Paşinyan hökmən müəyyən qədər həqiqəti dərk etdiyini də sübut etməlidir. Onun üçün ən yaxşısı həqiqət danışmağa başlamasıdır, həqiqət danışdıqca o, həqiqətə yaxınlaşa bilər. Onun bu qabiliyyəti kifayət qədər ciddi şübhə altındadır. Çünki o, 3 dəfə görüşdüyü E.Makronu özünün çox əla dostu adlandırır. Bir-iki dəfə görüşdüyü adamları özünün dostu adlandıran Paşinyan Yerevanda vaxtilə onunla birlikdə ağır günlərin sınağından keçən dostlarını inkar edir.

N.Paşinyan bir neçə dəfə ATƏT MQ adından yalanlar deyib. Nəhayət ATƏT MQ həmsədrləri 9 martda bəyanat yayaraq stolun üstündə olan Dağlıq Qarabağ tənzimlənməsi variantını açıqladılar: 2009-cu ildə qəbul edilən “Yenilənmiş Madrid Prinsipləri” hal-hazırda yenə danışıqlar stolunun üstündədir. “Yenilənmiş Madrid Prinsipləri”-nə qarşı Ermənistanın əvvəlki rəhbərliyi də müharibə aparıb. Amma ciddi bir şey əldə edə bilməyiblər. N.Paşinyan başqa formada ATƏT MQ həmsədrlərinin mövqeyinə təsir etmək istəyir. Amma ATƏT MQ həmsədrləri buna imkan vermədilər. Regiona sentyabr və oktyabr səfərlərindən sonra da verdiyi bəyanatlarda həm dolayısı, həm də birbaşa yolla 9 mart bəyanatına istinad var. ATƏT MQ həmsədrlərinin  mövqeyində ümumi konseptuallıq bundan ibarətdir ki, region 3 dövlətli olaraq qalacaqdır və regionda da heç bir dövlətin de-yure ərazisinin sahəsində dəyişiklik olmayacaq.

Çünki Paşinyan Dağlıq Qarabağ tənzimlənməsi prosesini dayandırmaq və yaxud onun istiqamətini dəyişmək gücündə deyil. Amma düz danışmaqla bəlkə də müəyyən qədər öz əhalisinə, xalqına hörmət etmiş olardı. Paşinyan öz xalqına hörmət qoysa onda vasitəçilərə və beynəlxalq aləmin iri dövlət başçılarına hörmət qoymaq hissi də yaranacaq. Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın qabağında böyük bir mənbə var. O, müqayisəli təhlil aparmaqla hər şeyi başa düşə bilər.1988-ci ildə-Dağlıq Qarabağ münaqişəsi başlamazdan qabaq dünya erməniliyinin maliyyə, geosiyasi, geoiqtisadi parametrləri ilə dünya erməniliyinin, o cümlədən Ermənistanın özünün indiki vəziyyətini müqayisə etsin. Hər şey bəlli olacaq və Ermənistanın 1988-ci ildən bu vaxta qədər ki, fərqinin o miqdarda aşağı düşməsini gözləmək üçün əlavə 30 il gözləməyə ehtiyac qalmayacaq. Bəlkə də 30 ayın içərisində Ermənistan əvvəlki keçdiyi problemin girdabına yuvarlanan yolu 30 ayda da keçə bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
636

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər