Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib – FOTO

15:54 - 18 / 01 / 2021
Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib – FOTO

“ASAN Könüllüləri” Təşkilatı və BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi üzrə cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixososial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə 44 gün davam edən Vətən müharibəsinin gedişatında cəbhə zonasında yaşayan, psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixososial dəstək işinin gücləndirilməsi məqsədi ilə icra edilir.

Bu çərçivədə Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələrin, o cümlədən şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə 2020-ci ilin noyabr ayından başlanılıb.

Təşkilatçılar tərəfindən bu layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüznlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı metodiki kurslar təşkil olunub.

Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərdə yaşayan 700-dən çox ailə ilə psixososial dəstək üzrə iş görüşülüb, 400-ə yaxın qadına və 1500-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub. Eyni zamanda bu faəliyyətlər üzrə ilkin psixososial dəstək verilmiş uşaqların 40 faizinə 2021-ci ilin aprel ayınadək ehtiyacı üzrə əlavə psixoloji dəstək işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
328

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər