Münhen görüşü bütün suallara aydınlıq gətirən vacib ustad dərsi oldu | 1news.az | Xəbərlər
Siyasət

Münhen görüşü bütün suallara aydınlıq gətirən vacib ustad dərsi oldu

10:11 - 18 / 02 / 2020
Münhen görüşü bütün suallara aydınlıq gətirən vacib ustad dərsi oldu

Artıq məlumat verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Müzakirələrin gedişində Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin prinsipial mövqeyini nümayiş etdirib, beynəlxalq ictimaiyyəti münaqişənin reallıqları barədə məlumatlandırıb.

Siyasi şərhçi Tofiq Abbasov 1news.az saytına bildirib ki, müzakirələrin nəticəsi bu oldu ki, bütün erməni isteblişmenti pis vəziyyətə düşdü, onların bütün təbliğatı bir günün içində məhv oldu.

“İndi erməni politoloqları, ekspert ictimaiyyəti, KİV-i əl-ayağa düşüblər. Baş verənlərə haqq qazandırmaq üçün bəhanə tapa bilmirlər. Şübhəsiz, hər şeydə, İlham Əliyevlə üzbəüz partiyanı uduzan Nikol Paşinyanı günahlandırırlar.

Lakin bu təkcə Paşinyanın deyil, həm də hər zaman dünyada ictimai fikri aldatmaq məqsədi güdən və diqqəti Qarabağ reallıqlarından səhv istiqamətə aparmağa çalışan uydurma rejimin yürütdüyü diplomatiyanın, ideologiyanın kollektiv məğlubiyyətidir”, - o deyib.

Ekspertin sözlərinə görə, faktiki olaraq aydın idi ki, Ermənistanın baş naziri bu qarşıdurmada zəif bənd olacaq.

“Bu, bütün suallara aydınlıq gətirən vacib ustad dərsi oldu. Hər şey qanunauyğun oldu. Əgər indiyədək ermənilər hissə-hissə uduzurdularsa, bu dəfəki başabaş mübarizədə onlar bəhanə yeri qoymadan təslim olmaq məcburiyyətində qaldılar. Bundan sonra erməni siyasi elitası nəticələr çıxarmalı və dərk etməlidir ki, onun uğursuzluğu qaçılmaz olan məntiqi sonluq idi. İndi vəziyyəti düzgün istiqamətə dəyişmək, Azərbaycanın təklif etdiyi ilə razılaşmaq haqqında düşünmək lazımdır”, - deyə o bildirib.

T.Abbasov Prezidentin “erməni xalqı öz müqəddəratını artıq təyin edib və əgər onlar ikinci dəfə öz müqəddəratını təyin etmək istəyirlərsə Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” sözlərindən sitat gətirib. Azərbaycan Prezidentinin sözləri onların öz taleləri ilə oynanaması və özlərini bədbəxt etməməsi üçün xəbərdarlıq kimi səslənirdi.

“Ermənilər öz ağramayan başlarını ağratmaq istəyərlərsə, nə baş verə bilər? sualına cavab da burada öz cavabını tapmış oldu”, - o söyləyib.

Ekspertin fikrincə, ən əsas məsələ budur ki, müakirələr bütün dünyanın gözü qarşısında canlı yayımda, onlayn olaraq yayımlanırdı.

“Müzakirələr kimin haqq daşıyıcısı, kimin də nağılbaz olduğunu və bütün dünya ictimaiyyətinə ermənilərin Qafqazın ən qədim xalqı olduğunu göstərən saxta tarix sırımağa çalışdığını göstərdi. Əslində ermənilər bu torpaqlara qədəm qoyan sonuncu xalqdır ki, onların bu gəlişinə azərbaycanlılar imkan yaratmışlar. Adekvat çox sağ ol əvəzinə isə, biz naşükürlüklə qarşılaşdıq. Paradoksaldır ki, onlar hələ də bizim torpaqlarımız hesabına öz yaşayış məskənlərini genişləndirməyə səy göstərirlər, lakin daha möcüzə baş verəsi deyil və prezident Əliyev də bunu aydın şəkildə başa salmış oldu”, - o bildirib.

А.А.

Paylaş:
860

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər