Müxalifətin gerçək üzü: trol şəbəkəsi və Fuad Qəhrəmanlının şok səs yazısı | 1news.az | Xəbərlər
Siyasət

Müxalifətin gerçək üzü: trol şəbəkəsi və Fuad Qəhrəmanlının şok səs yazısı

13:28 - 24 / 09 / 2019
Müxalifətin gerçək üzü: trol şəbəkəsi və Fuad Qəhrəmanlının şok səs yazısı

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin trol şəbəkəsini ifşa edib.

Səs yazısında qurumun troll şəbəkəsinin köməyi ilə idarə olunduğu etiraf olunur:

“Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə, protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada.

Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız?

İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə, get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm.

Bəs nə işlə məşğulsuz?! İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz.

Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütfi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?”

AXCP-nin sosial şəbəkələrdə trollarına müxtəlif insanlar rəhbərlik edirlər. Facebook-dakı trolların "rəhbəri" Əli Kərimlinin bilavasitə özüdür. Yardımçıları isə İlham Hüseyn, Məmməd İbrahim və Emil Səlimovdur. Səs yazısının məxsus olduğu Rəşid Turabov isə "müavin" statusuna malikdir.

Əli Kərimlinin Facebook-dakı səhifəsində fəallığa çağıran, "Ya bu partiyada qalın, ya da biz işimizi bilək!" söyləyən Turabovu indi az qala qəhrəman, müstəsna demokrat və s. kimi təqdim etməyə çalışan "əliçilər" həmişəki kimi, heç nəyi etiraf etmir, hər şeyi danırlar.

Gerçək isə budur ki, AXCP partiya kimi artıq, əfsuslar olsun, fəaliyyət göstərmir. Yəni daha dəqiq desək, bu struktur siyasi partiyanın klassik tərifinin çərçivələrini tərk edərək cəmiyyətlə təşkilat arasındakı münasibətləri könüllü şəkildə dağıtmaqla, məhv etməklə məşğuldur.

"Əli Kərimli və dəstəsi hakimiyyətə gələ bilmirsə..."

Əli Kərimliyi başqa bir zərbə isə Qızı Selcan Yağmurun məlum status və video müraciəti ilə gündəmə gələn AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıdan gəlib.

Musavat.com-a daxil olan eksklüziv səs yazısında F.Qəhrəmanlının AXCP sədri Əli Kərimliyə xəyanətindən, kimliyi məlum olmayan şəxslə separat danışığından bəhs olunur.



Səsyazısı zamanı F.Qəhrəmanlı bildirir ki, həm iqtidarın, həm də AXCP-nin resurslarından istifadə edib, hakimiyyətə gələcək. Hər iki tərəfi aldada biləcəyindən əminliyini ifadə edən AXCP təmsilçisi bildirir ki, Əli Kərimli onun hakimiyyətə işləməsindən xəbərdardır.

“Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm”, - deyən Fuad Qəhrəmanlı qeyd edir ki, o, Ərdoğanın siyasi texnologiyasından istifadə edəcək: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.

Uzun zamandır hakimiyyətə işlədiyini deyən F.Qəhrəmanlı daha sonra ərz edir ki, təkcə Əli Kərimlini deyil, həm də işlədiyi qüvvələri aldadır: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur. Yekunda mən iqtidarı 7 il müddətinə götürməyi bacaracağam”.

Xatırladaq ki, bu AXCP tarixində ilk belə hal deyil və daxildə satqınlığın, xəyanətin, siyasi riyakarlığın əsasını həm bu partiyada, həm də Azərbaycan siyasətində Əli Kərimlinin özü qoyub.

Əbülfəz Elçibəyin Kələkidəki evində yaşayıb, ailəsinin qayğısından bəhrələnən və geri qayıdan kimi ondan üz çevirən, hakimiyyətlə separat əməkdaşlığa gedən, partiya daxilində “Yurd” adlı qruplaşma yaradan və Əbülfəz Elçibəyi AXCP sədrliyindən uzaqlaşdırmaq istəyən Əli Kərimli bu gün özü vaxtilə Elçibəyin düşdüyü durumla üz-üzə qalıb.

1news.az

Paylaş:
1156

Son xəbərlər

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:04Cavanşir Məmmədov vəfat etdiBu gün, 13:00Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər