Natiq Rəsulzadə: Mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam | 1news.az | Xəbərlər
Siyasət

Natiq Rəsulzadə: Mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam

22:29 - 15 / 07 / 2020
Natiq Rəsulzadə: Mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam

“Son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir daha göstərdi. Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdan ibarət merkantil şəxsi istəkləri naminə, öz qeyri-insani məqsədləri xatirinə ölkənin gələcəyi olan gəncləri qurban verərək sadə xalqın övladlarını ölümə göndərir”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xalq Yazıçısı Natiq Rəsulzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib:

“Bizim rəşadətli ordumuzun döyüşlərdə verdiyi itkilər, həyatın astanasında olan hərbi qulluqçılarımızın, gənc əsgərlərimizin həlak olması xalqın səbir kasasını daşdırır.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı bütün tarix boyu dəfələrlə döyüş meydanlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu Böyük Vətən müharibəsi də sübut edib, bu müharibənin döyüş meydanlarında Vətənimizin yüz minlərlə övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sərt və qətiyyətli şəkildə dəf edildi.

Mənim atamın da iştirak etdiyi uzaq Böyük Vətən müharibəsi illərində həmvətənlərimiz özlərinin böyük, çoxmillətli ölkəsi uğrunda alman faşizminə qarşı bu cür qəhrəmancasına döyüşə bilibsə, indi xalqımız Sizin bir sözünüzlə doğma torpağımızı – sevimli Azərbaycanımızı qorumaq üçün murdar erməni faşizminə qarşı döyüşə cəsarətlə gedəcək.

Hörmətli cənab Prezident, mənim yetmiş bir yaşım var və qəhrəmanlıq iddiasında olmadan Sizə deyirəm: yaranmış şəraitdə mən öz xalqımla, xalqımızın ziyalıları ilə birlikdə Vətənə məhəbbətimi sözdə deyil, əməli işdə sübut etməyə hazıram.

Mən nə siyasətçiyəm, nə də diplomat, mən yazıçıyam, lakin hər şeydən əvvəl, mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam. Şairlərin öz dövrü var, əsgərlərin öz dövrü. İndi əsgərlərin dövrüdür”.

S.Xankişiyeva

Paylaş:
1864

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər