1news.az

Nazir müavini: Cərimələr sərtləşdirilə bilər

8 Avqust saat 11:31 ~ 1 dəqiqəlik oxu 2780
Nazir müavini: Cərimələr sərtləşdirilə bilər

Hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır: "Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmasa, hökumət yenidən qaydalara baxmalı olacaq. Əlbəttəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir".

Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə də bağlı müzakirələr aparılır. Yalnız məbləğ cəriməsi formasında deyil, digər istiqamətlər üzrə də müzakirlər aparılır: "Əsas tələb odur ki, müəyyən olunmuş qaydalar tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər".

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net