Nazirlər Kabineti: İşğal olunmuş ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti: İşğal olunmuş ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır

16:14 - 23 / 10 / 2020
Nazirlər Kabineti: İşğal olunmuş ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb. Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib.

Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiqlənib.

Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daima yenilənməsi, milli transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspora qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.

Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılmış, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.

Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.

Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.

Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.

Eyni zamanda ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.

Qafar Ağayev

Paylaş:
337

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər