Nazirlik monitorinq keçirdi: 133 obyektdə karantin qaydaları pozulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik monitorinq keçirdi: 133 obyektdə karantin qaydaları pozulub

14:35 - 23 / 05 / 2020
Nazirlik monitorinq keçirdi: 133 obyektdə karantin qaydaları pozulub

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

1news.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.

Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-da təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib.

Suraxanı rayonunda “Maşallah Market”də və “Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda “Panda Kids”, “Optimal Electronics” mağazalarında, “Garden Haus” restoranında, Sabunçu rayonunda “Moda Kids” mağazasında, “The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus “Dokta Aptek”də, Yasamal rayonunda “OBA” marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qafar Ağayev

Paylaş:
682

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər