Nigar Arpadarai tibb işçilərinin qorunması ilə bağlı təşəbbüs irəli sürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Arpadarai tibb işçilərinin qorunması ilə bağlı təşəbbüs irəli sürüb

22:08 - 07 / 04 / 2020
Nigar Arpadarai tibb işçilərinin qorunması ilə bağlı təşəbbüs irəli sürüb

Aprelin 7-də Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Hazırda 665 nəfər  xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Milli Məclisin deputatı Nigar Arpadarai Facebook sosial şəbəkəsində “Tibb işçilərimizi necə daha yaxşı qoruya bilərik?” təşəbbüsünü irəli sürüb:

“Koronavirusla mübarizə məsələsində ön cəbhədə çalışan, ən çox risk altında olan insan qrupu bizim həkimlər, səhiyyə işçilərimizdir. Onlar bu bəla ilə fədakarcasına mübarizə aparır və məhz tibb işçilərinin qorunması məsələsi gündən günə aktuallığını artırır. Koronavirusla mübarizə tədbirlərində iştirak edən səhiyyə işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı hələ bir neçə həftə öncə, karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb, aidiyyatı qurumlara müvafiq göstərişlər verib.

Hesab edirəm ki, pandemiya dövründə səhiyyə işçilərinin qorunması və gələcəyə əminliyini təmin etmək üçün atılmalı olan növbəti addım, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan insanlar üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi olmalıdır. Bəzi ölkələr artıq belə bir sistemin tətbiqini elan ediblər. Əminəm ki, Azərbaycanda da bunu etmək mümkündür. Təbii ki, hazırda dövlət tibb işçilərini qorumaq üçün lazımi sanitar şəraitin yaradılmasını təmin edir. Lakin bütün dünyada praktika onu göstərdi ki, heç bir qoruma yolları 100% yoluxmanın qarşısının alınmasını təmin etmir. Ona görə də pandemiya dövründə, xüsusi karantin rejimi olan zaman xəstələrlə birbaşa ünsiyyətdə olan işçilərin həyat sığortasının tətbiqi önəmlidir! Bunun bir neçə yolu ola bilər:

- Hərbi qulluqçular üçün tətbiq olunan dövlət sığortasının pandemiya zamanı bu kateqoriya insanlara tətbiq olunması

- Dövlət subsidiyası əsasında sığorta mexanizminin tətbiqi, yəni hökümətlə özəl sektorun birgə işi sayəsində mexanizmin yaradılması

- Bu sahədə tamamilə yeni mexanizmin yaradılması.

Növbəti günlər ərzində bu məsələ ilə bağlı ən münasib təklif hazırlamaq üçün araşdırma aparıb, müvafiq qurumlara sorğuları yönləndirəcəyəm.

Əminəm ki, indiki şəraitdə bunu pandemiya dövrü üçün tətbiq etmək olar, lakin sonrakı mərhələlərdə bu məsələnin qanunvericilik səviyyəsində həllinin tapılması mütləqdir. Belə sistemin mövcudluğu, sağlamlığı bahasına, fədakarcasına işini görən səhiyyə işçilərinə və xəstələrlə ünsiyyətdə olan digər sahənin əməkdaşlarına daha çox əminlik və güvənlik vermiş olardı”, - deyə Nigar Arpadarai bildirib.

S.Xankişiyeva

 

Paylaş:
672

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər