Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək – FOTO

10:30 - 13 / 05 / 2019
Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək – FOTO

Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub, gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir.

Zavodda hazırda 5 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və  CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) və CEM I 52.5N markalı KLASS 1 məhsulları müvafiq olaraq qalaq və kisə şəklində satışa təqdim olunur.

Bir neçə illik istehsal təcrübəsi olmasına baxmayaraq, Norm Sement fəaliyyət müddəti ərzində yerli sement bazarı ilə yanaşı, xarici bazarlara çıxış imkanı da əldə edib. Zavod illərdir ki, qonşu Gürcüstana sement və klinker məhsulları ixrac edir və digər ölkələrə ixrac imkanlarını araşdırmaqdadır.

Qeyri-neft sektorunun inkişafında əvəzsiz rolu olan Norm Sement 2019-u ildə də iqtisadi əhəmiyyətli yeniliklər etməyə davam edir. Belə ki, Azərbaycanda beton sənayesi sahəsində ilk dəfə Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutacaq.

Tədbir 100-dən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə cari ilin iyun ayının 20-si, Four Seasons otelində keçiriləcək. Tədbirdə Almaniyanın Progress Group, Rekers, Kraft Curing Systems, Ha-Be Betonchemie, Polşanın Arcen, Danimarkanın Hawkeye Pedershaab və İspaniyanın Lausanne şirkətlərinin nümayəndələri çıxış edəcəklər. 

ICCX Avropanın mötəbər qurumlarından olub, 20 ilə yaxın müddət ərzində dünyanın bir çox inkişaf etmiş ölkələrində beton sahəsində beynəlxalq konfranslara təşkilatçılıq etmişdir. ICCX ticarət nişanı müasir beton istehsalı və texnologiyasının bütün aspektlərini əhatə edən konfrans və ticarət sərgisinin unikal birləşməsidir.

Norm Sementin ölkəmizdə bir ilkə imza ataraq təşkil edəcəyi beynəlxalq konfransın keçirilməsində əsas məqsəd yerli infrastruktur, mənzil tikintisi, şəhər və şəhərətrafı bölgələrdə abadlıq işləri daxil olmaqla, tikintinin bütün növləri üzrə dəmir-beton konstruksiyalardan istifadənin artırılmasını stimullaşdırmaq və Avropa təcrübəsindən faydalanmaqdır. Beləliklə, müasir beton texnologiyasında yeni tendensiyalar şəxsi tikililərdə, habelə, sənaye və kənd təsərrüfatı üçün nəzərdə tutulan layihələrdə uzunömürlü və yüksək keyfiyyətə malik beton strukturların daha geniş tətbiqinə təkan yaradacaq.     

Regionun ən iri sement istehsalçısı olan Norm Sement zavodunda sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Bu məqsədlə zavodda müasir standartlara cavab verən sement və beton laboratoriyaları yaradılmışdır. Sement laboratoriyalarında mütəmadi qaydada keyfiyyət sınaqları aparılır, məhsul nümunələrinin kimyəvi və mineraloji tərkibi təhlil edilir. Zavodun beton laboratoriyasında qüvvədə olan müvafiq standartların (AZS – Azərbaycan, EN-Avropa, ASTM-ABŞ və QOST-Rusiya) tələbləri əsasında beton doldurucularının, kimyəvi qatqıların və fərqli tətbiq sahəsinə uyğun olan müxtəlif növ betonların sınaqları aparılır, doldurucuların optimal nisbəti seçilməklə beton qarışığının tərkibi hazırlanır.

Norm şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq nüfuza malik şirkət və qurumlarla əməkdaşlığını davam etdirir. Şirkət  Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür. Norm şirkətinin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi digər qurum Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri zavoda səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Norm sementlərinə VDZ tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunur.

Reklam hüququnda

Paylaş:
680

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər