Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

13:49 - 17 / 05 / 2019
Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 17-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Baş Nazir Novruz Məmmədov ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan-Çexiya əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Baş Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədə görə Çex Respublikasına və onun parlamentinə minnətdarlığını ifadə edib.

Ölkəmizə geniş tərkibdə nümayəndə heyəti ilə səfər etdiklərini vurğulayan Radek Vondraçek Azərbaycan ilə Çexiya arasında çox yaxşı münasibətlərin mövcud olduğunu, bu səfərlərinin də ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Azərbaycanın Çexiyanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Radek Vondraçek ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəklədiyini söyləyib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da yaxşı əlaqələrin qurulduğu qeyd olunub, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, enerji, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
524

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər