Novruzda əfv gözlənilirmi? – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruzda əfv gözlənilirmi? – AÇIQLAMA

15:37 - 27 / 02 / 2020
Novruzda əfv gözlənilirmi? – AÇIQLAMA

Ölkə Prezidenti təfəfindən hər il Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanırdı. Ötən il Novruz bayramı ərəfəsində - 16 mart 2019-cu ildə Prezident İlham Əliyev  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı. Prezidentin imzaladığı sərəncam 431 məhkuma şamil olunmuşdu. Bəs görəsən bu il də əfvin olması gözlənilirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev  deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının katibliyi və Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru fasiləsiz olaraq işləyir.

“Mütəmadi olaraq məhkumlardan, onların nümayəndələrindən, vəkillərdən, qeyri-hökumət təşkilalarının (QHT) nümayəndələrindən məktublar daxil olur. Daxil olan ərizələr emal edilir. Ərizələr üzrə müxtəlif qurumlardan rəylər alınır və hər bir məhkumun müraciəti ilə arayış hazırlanır. Digər tərəfdən Əfv komissiyasının hal-hazırda iclasları keçirilmir. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması ilə bağlı nəsə demək doğru deyil.

Əlbəttə ki, insanlarımız hər zaman görüblər ki, cənab prezident Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayıb. Amma bu gün bununla bağlı qəti bir fikir söyləmək doğru olmaz. Ölkədə parlament seçkiləri keçirildi, onun yekunları ilə bağlı sənəd Konstitusiya Məhkəməsinə təqdim olunub, gərgin günlərdi”.

Əliməmməd Nuriyev Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər 33 əfv sərəcamının imzalandığını da diqqətə çatdırıb:

“Bu sərəncamlarla 4900-ə yaxın şəxs cəzadan azad edilib. Mütəmadi olaraq cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Bu qrupla bağlı məsələlər hər zaman canab Prezidentin nəzərindədir. Əfv Prezidentimizin müstəsna səlahiyyətidir və Prezidentimiz tərəfindən onun nə zaman verilib verilməməsi ilə bağlı qərarlar qəbul olunur”.  

Qafar Ağayev

Paylaş:
805

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər