Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb – FOTO

16:39 - 10 / 07 / 2019
Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus “Tansu” şadlıq sarayında monitorinq keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib.

Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirilir.

Bundan başqa, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub.

Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməyi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı məlum olub.

Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducnun olduğyu, mətbəxdə isə havanlandırma sisteminin olmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə əsasən, protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.

S.Xankişiyeva

Paylaş:
432

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər