Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu

12:32 - 23 / 05 / 2019
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova institutun fəxri doktoru diplomu təqdim olunub.

1news.az-a AMEA-dən verilən məlumata əsasən, Oleq Kuznetsov bu fəxri ada Azərbaycan və Rusiya arasında elmi əlaqələrin inkişafındakı mühüm xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov O.Kuznetsovu Rusiyanın görkəmli alimlərindən biri, həm də Azərbaycan tarixçilərinin dostu adlandırıb: “O, elmdə obyektivlik tərəfdarıdır. Ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Kuznetsovun ermənilərin buraya Rusiya imperatoru I Pyotrun manifesti ilə köçürülməsini etiraf etməsi böyük əhəmiyyətə malikdir”.

Elmi Şuranın iclasında Oleq Kuznetsov məruzə ilə çıxış edib.

O.Kuznetsov bildirib ki, erməni terrorçu-daşnak qüvvələri faşizmə xidmət ediblər: “Daşnak partiyasının liderlərindən olan Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq edib. Ermənistanda Qaregin Njde qəhrəmanlaşdırılır. Nasizmin təbliği Ermənistanda dövlət siyasətinə çevrilib. Mən erməni terrorizmini nasizmə bərabər tuturam. Erməni terrorçuları türk xalqlarını, nasistlər isə yəhudiləri məhv ediblər”.

İclasda çıxış edən tarixçi alimlər onun Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynadığını bildiriblər.

Elmi Şura institutun fəxri doktorları sırasında O.Kuznetsovun da portretinin yer tutması barədə qərar qəbul edib.

S.Xankişiyeva

 

 

Paylaş:
422

Son xəbərlər

İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22
Bütün xəbərlər