Oljas Suleymenov: “Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Oljas Suleymenov: “Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm”

17:21 - 22 / 10 / 2020
Oljas Suleymenov: “Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm”

Qazaxıstanın və bütün türk dünyasının yaşayan əfsanəsi, tanınmış ictimai-siyasi xadimi, diplomat, yazıçı, ölkəmizin “Dostluq” və “Şöhrət” ordenlərinin laueratı Oljas Suleymenov Azərbaycan Televiziyası vasitəsilə xalqımıza müraciət edib. O, bu tarixi günlərdə Azərbaycanla birlikdə olduğunu bəyan edib.

1news.az Oljas Suleymenovun müraciətini təqdim edir:

"Bu günlərdə moskvalı bir jurnalist mənə sual ünvanlamışdı və sualı da belə başlamışdı ki, “Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz”. Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil, mən onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə də əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətimlə edirəm. Mən Bakıda, Gəncədə, Şuşada, Füzulidə və bir sıra digər şəhərlərdə çox gözəl günlər keçirmişəm, hamısını gəzmişəm. Bu, sovet dövründə, gəzilməsi mümkün olan vaxtlarda baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən xəbərdaram. 30 ildir hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlayan faciələrlə kədərləndik. Həmin illərdə, 90-cı ilin Qara Yanvar hadisələrində mən oraya getmişdim.

İndi baş verənlər dünyanın nüfuzlu dövlətlərindən formalaşan Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir. Təəssüf ki, onlar 30 ildə heç nə etmədilər. Bu səbəbdən də Azərbaycan özü öz torpaqlarını azad etmək məcburiyyətində qaldı. Əlbəttə, Gəncəyə raket atıldığını eşidəndə çox narahat oldum. Bu, tamamilə qadağan olunmuş bir həmlədir və əsl təxribatdır. Çünki şəhərlərə raketlə hücum etmək beynəlxalq hüquqla da yasaqlanıb. Ermənistan isə bu qaydanı kobudcasına pozub. Raket hücumu barədə əmri dövlətin ən yüksək rütbəli şəxsi verir. Yəqin ki, bu halda hücum əmrini Ermənistanın baş naziri verib. Bu, bizim hamımıza həqarətdir, hamımızın təhqir olunmağımızdır və bizi üzür.

Amma sevindirici məqam ondan ibarətdir ki, hansısa rayonların, yaşayış məntəqələrinin işğaldan qurtarıldığı xəbərini alırıq. Eşitdim ki, Füzuli azad olunub. Bilmirəm, indi o hansı vəziyyətdədir, amma mən olduğum vaxt çox füsunkar bir şəhər idi. Mən 30 ildir işğal altında qalan bütün 7 rayonun azad olunacağına inanıram. Ümid edirəm ki, Minsk qrupu da Azərbaycanın öz gücü ilə azad etməkdə olduğu və mütləq azad edəcəyi vətən torpaqları uğrunda mübarizəsini təqdir edəcək və dəstəkləyəcək. Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm. Bunu çox arzulayıram. Mən Azərbaycan xalqına, Azərbaycana öz sevgimi, məhəbbətimi bildirir, sülh, əmin-amanlıq və işıqlı günlər arzulayıram. Sağ olun!”.

Qafar Ağayev

Paylaş:
340

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər