Ötən il Azərbaycanda baş verən yol qəzalarında neçə nəfər ölüb? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Azərbaycanda baş verən yol qəzalarında neçə nəfər ölüb?

13:11 - 25 / 01 / 2021
Ötən il Azərbaycanda baş verən yol qəzalarında neçə nəfər ölüb?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən il baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistikanı açıqlayıb.

BDYPİ-dən verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölüb, 387 nəfər yaralanıb.  

Hadisələrin analizi göstərir ki, 1534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib ki, onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən baş verib.  

Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) yenə də üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar, 35-i isə uşaq və yeniyetmə olub: "2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi hadisələrin sayı 283 (-15,1%), ölənlərin sayı 125 (-15,2%) və yaralananların sayı 292 nəfər (-17,2%) azalsa da, bu statistik rəqəmlərin hələ də ciddi narahatlıq doğurduğunu nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırırıq".

1news.az

Paylaş:
504

Son xəbərlər

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02
Bütün xəbərlər